Azərbaycanda hökm sürən sabitlik, ictimai-siyasi asayiş sərmayələrin cəlb olunması istiqamətində böyük addımlar atıb

Tarixi qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Həyata keçirilən sosial-iqtisadi quruculuq işləri uzunmüddətli dövrdə Azərbaycanın yeni inkişaf mərhələsinə keçməsinə, sürətlə inkişaf edən, yüksək rifaha malik lider dövlət olmasına möhkəm zəmin yaradıb. Hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri sürətlənir. İşğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi, bu ərazilərdə həyatın əvvəlki məcrasına qaytarılması strategiyasında sənayeləşmə siyasəti mühüm yer tutur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerli və xarici investisiyalar hesabına sənaye parklarının yaradılması prosesi getdikcə sürətlənir. Hazırda həmin ərazilərin iqtisadi potensialının hərəkətə gətirilməsi üçün lazımi infastrukturun yaradılması sürətlə davam etdirilir. Göründüyü kimi, işğaldan azad olunmuş ərazilərimizin sənaye və kənd təsərrüfatı potensialının ölkə iqtisadiyyatına reinteqrasiyası uğurla davam etdirilir. Bunun da nəticəsində Azərbaycan iqtisadiyyatı özünün növbəti inkişaf mərhələsinə qədəm qoyacaq, ölkədə ümumi daxili məhsul istehsalında əhəmiyyətli artıma nail olunacaq. Erməni vandalları tərəfindən dağıdılmış şəhər və kəndlərimizdə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bərpa, yenidənqurma və quruculuq işlərinin aparılması, öz doğma yurdlarına qayıdacaq vətəndaşlarımızın yaşayışı yüksək səviyyədə təmin ediləcəkdir. Qarabağ nəinki Azərbaycanın, dünyanın ən gözəl məkanlarından birinə çevriləcəkdir. Azərbaycan Cənubi Qafqaz regionu iqtisadiyyatının 85 faizinə sahibdir. İnkişafın Azərbaycan modelinin mövcudluğu dünyaya təqdim edilən və öyrənilməsinin vacibliyi vurğulanan mühüm uğurlarımızdandır. Azərbaycan, eyni zamanda, investisiya cəlbediciliyi baxımından da diqqət çəkir. Hazırda ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 310 milyard dollardır. Bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Dövlət başçısı İlham Əliyev hər zaman bu çağırışı da edir ki, sərmayələr, xüsusilə xarici sərmayələr sabitlik olan ölkələrə qoyulur. Çünki hər bir sərmayədar o qədər də risk etmək istəmir. Bu baxımdan da Azərbaycan sərmayə qoyuluşu üçün çox münasib ölkədir. Azərbaycanda hökm sürən sabitlik, ictimai-siyasi asayiş sərmayələrin cəlb olunması istiqamətində böyük addımlar atmağa imkan yaradıb.”
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı