AnalitikaGündəm

Azərbaycan və Pakistan tarixi dost və qardaş dövlətlərdir

Azərbaycan və Pakistan münasibətlərini qarşılıqlı dəstək, səmimiyyət və hörmət üzərində qurmuş  iki dost, qardaş dövlətdir. Cənab prezident İlham Əliyevin təyyarəsi qardaş ölkəyə enmədən yüksək səviyyəli müşayiət beynəlxalq arenada böyük rezonansa səbəb oldu. Münasibətlərin mühüm xüsusiyyəti Pakistanın da Türkiyə kimi həmişə ədalətin tərəfində olması, Azərbaycanın haqq işini daim dəstəkləməsidir. Prezident İlham Əliyevin Pakistan səfəri ikitərəfli münasibətləri dəyişdirəcək dönüş nöqtəsi kimi tarixə düşdü. Bakı ilə İslamabad arasında möhkəm dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafı üçün yeni perspektivlər açacağı şübhəsizdir. Dünya miqyasında ədalətli mövqeyinin müdafiəsi kontekstində Azərbaycan üçün Türkiyə və Pakistanın mənəvi-siyasi dəstəyi böyük əhəmiyyət kəsb edib. İqtisadi sahədə də inkişaf üçün ciddi potensial var.

Hal hazırda hər iki dövlət ticarət, investisiya, sənaye, enerji, nəqliyyat və nəqliyyat dəhlizlərinin praktiki məsələlərinin inkişafı üçün işləmlərə başlayıb.İlkin investisiyaların həcmi 2 milyard dollar təşkil edəcəyi gözlənilir. İqtisadi sahədə də əməkdaşlığımızın nəticələri göz qabağındadır. Birgə layihələr, investisiya proqramları və ticarət əlaqələri hər iki tərəfin də iqtisadiyyatını inkişaf etdirməyə yönəlib. İqtisadi münasibətlərin sürətlə inkişafı  xalqlarımızın rifahını artırmaq və daha sabit bir gələcək qurmaq üçün mühüm əhəmiyyət daşıyır.Bizim qardaşlıq münasibətimiz , bizim ortaq dəyərlərimizi və gələcək arzularımızı birləşdirir və  bir ailə kimi birləşdirir. Qoruyub saxlamağımız və daha da möhkəmləndirməyimiz vacib olan bu dəyərlər, xalqlarımızın gələcək nəsillərinə də miras qalacaqdır.

Bir sözlə, Prezident İlham Əliyevin Pakistan səfəri Azərbaycan diplomatiya tarixində xüsusi iz buraxmaqla yanaşı, həm də iqtisadi, geosiyasi baxımından müstəsna rol oynadı.səfər Prezident İlham Əliyevin dünyada sülhə, barışa, bölgədə inkişafa yönəlik mükəmməl xarici siyasətinin zirvə nöqtəsi kimi yadda qaldı.

Əliyev Ramin,
YAP fəalı

Oxşar Xəbərlər

Back to top button