AnalitikaGündəmSiyasət

Azərbaycan və İran Prezidentlərinin görüşü iki ölkə münasibətlərində yeni mərhələnin əsasını qoydu

2025-ci il aprelin 2-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə keçirdiyi görüş və mətbuata verilən birgə bəyanat iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ kimi tarixə düşdü. Cənab Prezident İlham Əliyevin çıxışında vurğuladığı əsas fikirlər, xüsusilə regional əməkdaşlıq, qarşılıqlı hörmət və birgə layihələr istiqamətində atılacaq addımlar, Azərbaycan ilə İran arasında əlaqələrin daha da dərinləşdiyini göstərdi. Cənab Prezident İlham Əliyev bəyanatında bildirdi ki, İran ilə münasibətlərin əsasını tarix, mədəniyyət, ortaq dəyərlər və mehriban qonşuluq prinsipləri təşkil edir. Bu fikir Azərbaycanın xarici siyasətində əməkdaşlıq və sülhə əsaslanan münasibətlərə üstünlük verdiyinin bariz nümunəsidir. Prezidentin İran ilə sərhədi “dostluq sərhədi” adlandırması da bu yanaşmanın təzahürüdür.

İki ölkə arasında Naxçıvanla bağlı layihələr, enerji, nəqliyyat və infrastruktur sahələrində aparılan əməkdaşlıq və imzalanan sənədlər qarşılıqlı əlaqələrin gələcəyinə böyük ümidlər yaradır. Cənab Prezident İlham Əliyev vurğuladı ki, Araz çayı üzərində inşa edilən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları Azərbaycan–İran əməkdaşlığının real nəticələridir və bu, gələcəkdə birgə layihələrin daha da artacağını göstərir. Sözügedən görüş və verilən bəyanat Azərbaycanın öz müstəqil və uzaqgörən siyasətini qətiyyətlə davam etdirdiyini nümayiş etdirir. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu uzaqgörənlik Azərbaycanın regionda və beynəlxalq aləmdə mövqeyini daha da gücləndirir. Nəticə etibarilə, 2 aprel 2025-ci il tarixində baş tutmuş bu mühüm görüş Azərbaycan ilə İran arasında dostluq və qarşılıqlı anlaşmaya əsaslanan münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu sübut edir. Cənab Prezident İlham Əliyevin qətiyyətli liderliyi ilə Azərbaycan sabitlik, əməkdaşlıq və inkişaf yolunda uğurla irəliləyir.

Fidan Soltanova,
Maştağa qəsəbəsi, 209 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi 

Oxşar Xəbərlər

Back to top button