AnalitikaGündəmSiyasət

Azərbaycan və Çin arasında beynəlxalq nəqliyyat dəhlizləri üzrə əməkdaşlıq dərinləşir

Aprelin 22-24-də Prezident İlham Əliyevin Çinə səfəri ikitərəfli əlaqələrin daha da genişlənməsinə böyük köməklik göstərib. Səfər çərçivəsində Çin Sədri Si Cinpinin iştirakı ilə Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat da daxil olmaqla əməkdaşlıq sənədləri imzalanıb.

Səfər günlərində Prezident İlham Əliyev Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib və ölkələrimiz arasında münaibətləri yüksək dəyərləndirib. Aprelin 25-də dövlət başçısının müsahibəsi həmin televiziya kanalında yayımlanıb.Müsahibəsində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə sonuncu dəfə 2023-cü ilin iyul ayında keçirilmiş görüşün əhəmiyyətinə toxunaraq, bu görüşün Azərbaycan–Çin əlaqələrinin tarixində mühüm mərhələ olduğunu qeyd edib. Prezident İlham Əliyev bildirib ki, həmin görüş zamanı tərəflər arasında siyasi, iqtisadi və nəqliyyat sahələrində əməkdaşlığın yeni mərhələyə qədəm qoyması barədə razılıq əldə olunub və bu da ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə qalxmasına səbəb olub.

Dövlət başçısı vurğulayıb ki, iyul görüşü strateji tərəfdaşlığın dərinləşdirilməsinə təkan verdi və xüsusilə Orta Dəhliz layihəsi çərçivəsində əməkdaşlığın genişləndirilməsi önə çıxarıldı və qeyd edilib ki, Azərbaycanın geostrateji mövqeyi və nəqliyyat-logistika infrastrukturu Çinlə Avropa arasında etibarlı körpü rolunu oynayır və bu potensialın gerçəkləşdirilməsi üçün yüksək səviyyəli siyasi iradə mövcuddur.

Prezident İlham Əliyev əlavə edib ki, Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” layihəsi Azərbaycanın strateji planları ilə üst-üstə düşür və iyul ayında keçirilmiş görüş bu layihə çərçivəsində birgə fəaliyyəti daha da gücləndirib. Dövlət başçısı Sədr Si Cinpinlə şəxsi münasibətlərinin də bu uğurlu əməkdaşlıqda xüsusi rol oynadığını bildirib .

“Bir kəmər, bir yol” təşəbbüsünü açıq şəkildə dəstəkləmiş və sonradan qoşulmuş ilk ölkələrdən biri də bizik və öz ölkəmizdə xeyli infrastruktur layihələrini həyata keçirmişik. Həqiqətən, onunla görüşmək hər zaman xoşdur. O, dünyanın ən güclü ölkələrindən birinin rəhbəridir, lakin, eyni zamanda, çox təvazökar, çox mehriban insandır. O, elə bir mühit yaradır ki, siz onunla söhbət edəndə sanki köhnə dostunuzla danışırsınız”, – dövlət başçısı vurğulayıb.

Dünyanın böyük və qədim dövlətlərindən biri olan Çin Xalq Respublikası ilə olan münasibətlərin inkişafı Azərbaycanın milli maraqları, strateji maraqlarına uyğundur və Prezident İlham Əliyevin aprelin 22-24-də Çin Xalq Respublikasına dövlət səfəri, səfər çərçivəsində imzalanan sənədlər əlaqələrin daha da genişlənməsinə səbəb olacaqdır.

Aida Əliyeva,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button