
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevilə Ukrayna Prezidenti Volodimir Zelenski arasındakeçirilmiş görüş zamanı səsləndirilən fikirlərAzərbaycan–Ukrayna münasibətlərinin yalnız carivəziyyətini deyil, həm də onun dərin siyasi məntiqinivə gələcək inkişaf trayektoriyasını aydın şəkildə ortayaqoyur. Dövlət başçısının əməkdaşlığın “çox güclüsiyasi təmələ” malik olması ilə bağlı vurğusu bumünasibətlərin epizodik deyil, sistemli və stratejixarakter daşıdığını təsdiqləyir.
Azərbaycan və Ukrayna arasında münasibətlərinmöhkəm siyasi bazası təsadüfi şəkildəformalaşmamışdır. Bu əlaqələrin hüquqi-institusionalçərçivəsi 2008-ci ildə Kiyev şəhərində və 2011-ci ildəBakı şəhərində imzalanmış strateji tərəfdaşlığa dairsənədlərlə müəyyən olunmuşdur. Həmin sənədlərklassik diplomatik razılaşmalardan fərqli olaraq, tərəflər arasında uzunmüddətli əməkdaşlıq modelinitəsbit edən fundamental siyasi aktlar kimi çıxış edir. Onlarda ərazi bütövlüyü, suverenlik və sərhədlərintoxunulmazlığı prinsiplərinin açıq şəkildə qeydolunması yalnız ikitərəfli münasibətlərin deyil, bütövlükdə beynəlxalq hüquq sisteminə sadiqliyingöstəricisidir.
Müasir beynəlxalq münasibətlər sistemində buprinsiplərə bağlılıq xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə geosiyasi gərginliklərin artdığı bir dövrdədövlətlərin qarşılıqlı şəkildə bir-birinin suverenliyinidəstəkləməsi onların tərəfdaşlıq səviyyəsinindərinliyini müəyyən edən əsas indikatorlardan birihesab olunur. Azərbaycan və Ukrayna bu baxımdanoxşar siyasi mövqelər nümayiş etdirərək beynəlxalqtəşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü vəsuverenliyini ardıcıl şəkildə müdafiə edir. Bu yanaşmayalnız diplomatik jest deyil, eyni zamanda stratejihəmrəyliyin real ifadəsidir.
Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkənməqamlardan biri də institusional əməkdaşlıqmexanizmlərinin davamlı fəaliyyəti ilə bağlıdır. Xariciİşlər nazirlikləri arasında keçirilən müntəzəmməsləhətləşmələr və Hökumətlərarası Komissiyanıniclasları tərəflər arasında koordinasiyanın yüksəksəviyyədə saxlanılmasına xidmət edir. Bu mexanizmlərvasitəsilə əməkdaşlığın müxtəlif sahələri üzrə əldəolunan nəticələr qiymətləndirilir, mövcud problemlərmüzakirə olunur və yeni prioritet istiqamətlərmüəyyənləşdirilir. Bu isə münasibətlərin spontan deyil, planlı və idarə olunan inkişafını təmin edir.
Son illərdə həyata keçirilən tədbirlər bu əməkdaşlığınardıcıl və sistemli şəkildə genişləndiyini göstərir. Xüsusilə Bakıda keçirilmiş məsləhətləşmələr vəkomissiya iclasları tərəflər arasında yüksək səviyyəlisiyasi dialoqun davamlı xarakter aldığını nümayişetdirir. Eyni zamanda, bu proseslərin növbətimərhələdə Ukraynada davam etdirilməsi ilə bağlıaparılan müzakirələr münasibətlərin qarşılıqlı maraqlarəsasında inkişaf etdiyini və tərəflərin bərabərhüquqlutərəfdaşlıq prinsipinə sadiq qaldığını təsdiqləyir.
Azərbaycan–Ukrayna əməkdaşlığının diqqətçəkənxüsusiyyətlərindən biri onun çoxşaxəli xarakterdaşımasıdır. Siyasi sahə bu münasibətlərin əsasınıtəşkil etsə də, iqtisadi, enerji, nəqliyyat və humanitaristiqamətlərdə də əhəmiyyətli irəliləyişlər müşahidəolunur. Enerji təhlükəsizliyi məsələsində Azərbaycanınoynadığı rol Ukrayna üçün strateji əhəmiyyət kəsbedir. Xəzər regionunun enerji resurslarınınşaxələndirilmiş marşrutlarla dünya bazarlarınaçıxarılması təşəbbüsləri Ukraynanın enerjitəhlükəsizliyinin möhkəmləndirilməsi baxımından damühüm imkanlar yaradır.Bununla yanaşı, nəqliyyat-logistika sahəsində əməkdaşlıq da xüsusi önəm daşıyır. Azərbaycanın coğrafi mövqeyi onu Şərq və Qərbarasında mühüm tranzit mərkəzinə çevirir. Bukontekstdə Ukrayna ilə əməkdaşlıq regionlararasıticarət əlaqələrinin genişləndirilməsinə və yeni iqtisadimarşrutların formalaşmasına şərait yaradır. Beləlayihələr yalnız iki ölkə üçün deyil, bütövlükdəAvrasiya məkanında iqtisadi inteqrasiyanındərinləşməsinə töhfə verir.
Humanitar sahədə əməkdaşlıq isə münasibətlərinsosial-mədəni əsaslarını gücləndirir. Təhsil, elm vəmədəniyyət sahələrində həyata keçirilən birgə layihələrxalqlar arasında qarşılıqlı anlaşmanın və etimadınartmasına xidmət edir. Bu amil isə uzunmüddətliperspektivdə siyasi və iqtisadi əməkdaşlığındavamlılığını təmin edən mühüm faktor kimi çıxış edir.
Geosiyasi baxımdan Azərbaycan və Ukraynanınəməkdaşlığı daha geniş kontekstdə dəqiymətləndirilməlidir. Hər iki ölkə regionaltəhlükəsizlik və sabitlik məsələlərində mühüm roloynayır. Onların qarşılıqlı fəaliyyəti regionda gücbalansının qorunmasına və beynəlxalq hüquqaəsaslanan nizamın möhkəmlənməsinə töhfə verir. Bubaxımdan, ikitərəfli əməkdaşlıq yalnız milli maraqlarlaməhdudlaşmır, daha geniş regional və qlobaləhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu günAzərbaycan və Ukrayna bir çox istiqamətlər üzrəuğurla əməkdaşlıq edir və bu əməkdaşlıq konkretnəticələrlə müşayiət olunur. Bu fakt onu göstərir ki, tərəflər arasında formalaşmış strateji tərəfdaşlıq modeliartıq praktik nəticələr verən effektiv əməkdaşlıqmexanizminə çevrilmişdir.
Azərbaycan–Ukrayna münasibətləri güclü siyasi təməlüzərində qurulmuş, hüquqi sənədlərləmöhkəmləndirilmiş və institusional mexanizmlərlədəstəklənən çoxşaxəli tərəfdaşlıq nümunəsidir. Dövlətbaşçıları arasında mövcud olan qarşılıqlı etimad vəmüntəzəm dialoq bu münasibətlərin gələcəkdə daha dadərinləşəcəyini deməyə əsas verir. Aprelin 25-də baştutmuş görüş və səsləndirilən bəyanatlar isə bu stratejixəttin davamlılığını və inkişaf potensialını bir dahatəsdiqləyir.
Ramil Mirzəyev,
YAP Xətai rayon təşkilatının sədri



