Analitika

Azərbaycan Türk dünyasının inkişafına böyük töhfə verməkdədir

Azərbaycan ortaq tariximiz və köklərimiz olan Türk dövlətlərilə daima dostluq, qardaşlıq əlaqələri qurmaqdadır. İstər iqtisadiyyat , istərsə də sosial sahədə yüksək inkişaf müşahidə edilməkdədir. Bu da ölkələrin uğurlu xarici və daxili siyasətinin nəticəsidir. Aparılan siyasət dövlətlərin və xalqların milli mənaefəyinə xidmət etməklə ölkələrin inkişafına böyük töhfə verməkdədir.

Azərbaycan Türk dövlətləri ilə ikitərəfli səviyyədə sıx əməkdaşlıq edir. Ulu öndər Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətləri haqqında dediyi “Bir millət, iki dövlət” ifadəsi iki Türk dövləti arasında olan qardaşlıq münasibətlərini ən dəqiq şəkildə xarakterizə edir.

Həmçinin Türk Dövlətləri Təşkilatı da Azərbaycanın keçmiş münaqişə ilə bağlı haqlı mövqeyini hər zaman dəstəkləyib. Son zamanlar dünyada baş verən geosiyasi proseslər fonunda Türk dövlətləri öz əməkdaşlıq sahələrini daha da genişləndirmək istiqamətində səyləri artırıb. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə təşkilatda əməkdaşlığın mahiyyətcə yeni mərhələyə keçidi başlayıb. Cənubi Qafqazda yeni reallıqların yaranması Mərkəzi Asiya ilə əməkdaşlığın formatına da öz təsirini göstərib. Zəngəzur dəhlizinin açılması Türk dövlətləri ilə tranzit əlaqələrinin inkişafına şərait yaradacaq, nəqliyyat sahəsində yeni layihələrin həyata keçirilməsinə imkan verəcəkdir.

Göründüyü kimi, Azərbaycan bütün  türkdilli dövlətlərlə  geniş siyasi-iqtisadi və mədəni əlaqələrini sürətlə inkişaf etdirir . Dövlətimiz Türk dünyasının inkişafına, siyasi və mədəni birliyinə töhfə verməkdədir. Azərbaycan və Türk dilli dövlətlər arasında imzalanmış sənədlər- ticarət, iqtisadi , nəqliyyat, humanitar, həmçinin kiçik və orta biznesin inkişafı sahəsində olduqca əlamətdardır. Bu sahələrin inkişafı xalqlarımız arasında əlaqələri daha da  gücləndirir.

Əminliklə demək olar ki , Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində bundan sonra da Azərbaycan – Türk dilli ölkələr arasında əməkdaşlığın səmərəliliyini artıran amillər daha da diqqətə alınacaq,  xalqlar arasında dostluq və əməkdaşlıq bağları daha da möhkəmləndiriləcəkdir. Bu münasibətlər möhkəmləndikcə, müttəfiqlik artdıqca qarşılıqlı fəaliyyət dərinləşəcəkdir.

Aynur Abbaszadə,
YAP Nizami rayon təşkilatının məsləhətçisi.

Oxşar Xəbərlər

Back to top button