Analitika

Azərbaycan-Slovakiya əlaqələrində tarixi mərhələ

Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra bu sahədə mühüm əhəmiyyətli tədbirlər həyata keçirildi. Heydər Əliyevin siyasi kursunu layiqincə yerinə yetirən Prezident İlham Əliyevin qarşıya qoyduğu prioritet vəzifələrdən biri Azərbaycanın dünya birliyinin layiqli dövlətlərindən birinə çevirməkdir. Bu gün artıq ölkəmiz dünyada sayılıb-seçilən dövlətlərdən biridir. Bunu dövlət başçımızın xarici səfərləri və ölkəmizə səfərə gələn dövlət başçılarının fikirləri də təsdiqləyir. Bugünlərdə Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri zamanı da bunun şahidi olduq. İki ölkə arasında əlaqələrin qurulması istiqamətində atılan addımlar, əsasən, hər iki respublikanın müstəqillik əldə etməsindən sonraya təsadüf edir. Hazırda ikitərəfli münasibətlər sürətlə inkişaf etməkdədir. Münasibətlərin genişlənməsində Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Respublikasına səfəri böyük rol oynayıb. Səfər çərçivəsində dövlətimizin başçısı bir sıra beynəlxalq təşkilatların və xarici ölkələrin rəhbər şəxsləri ilə görüşlər keçirib. Bundan sonra qarşılıqlı səfərlər davam etdirilib və əsas məqsəd ikitərəfli münasibətlərin intensivləşdirilməsindən ibarət olub. Ölkələrimiz arasında siyasi əlaqələrin səviyyəsindən razılığını ifadə edən Slovakiyanın dövlət və hökumət başçıları Slovakiya ilə Azərbaycanın dost ölkələr olduğunu qeyd ediblər. Slovakiya Azərbaycanın Cənubi Qafqazdakı strateji yerini və rolunu yüksək qiymətləndirir, son illərdə ölkəmizlə çoxşaxəli əməkdaşlığın gücləndirilməsinə mühüm diqqət yetirir. Bu baxımdan dövlət başçılarının qarşılıqlı səfərləri əlaqələrin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevin və Slovakiya Baş naziri Robert Fitsonun iştirakı ilə “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”, “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” əməkdaşlıq əlaqələrinin daha da güclənməsi üçün yeni perspektivlər açacaq. Dövlət başçısı İham Əliyev mətbuata bəyanatında səfər çərçivəsində strateji tərədaşlıq haqqında birgə Bəyannamənin imzalanmasını önə çəkərək bildirdi ki, bu, çox ciddi siyasi və əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəddir. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr niyyətimizi əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir. İmzalanan sənədlər arasında müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər var. Bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparıldı və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara da start verildi.

İslam Bafadarov,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button