Analitika

Azərbaycan Qırğızıstan əlaqələri keyfiyyətcə yeni mərhələyə qaldırır

Azərbaycan və qırğız xalqları tarix, dil, din və mədəni dəyərlər baxımından bir-birinə çox sıx tellərlə bağlıdırlar. Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir. Bu iki xalq arasında münasibətlər tarixin dərinliklərinə gedib çıxır .Qırğızıstandakı Azərbaycan diasporunun nümayəndələri ölkənin biznes sahəsində, iqtisadiyyatın digər sahələrində fəal iştirak edirlər. Azərbaycanla Qırğızıstan arasındakı uğurlu dövlətçilik münasibətlərinin əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 19-da qurulub. Ulu öndər 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının III Zirvə Görüşü və “Manas” eposunun 1000 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün ilk dəfə Qırğızıstana səfər edib.  Prezident İlham Əliyev və Sadır Japarov arasında mütəmadi görüşlər, şəxsi təmaslar və etimada əsaslanan münasibətlər hərtərəfli əməkdaşlıq üçün möhkəm, əlverişli zəmin yaradır, münasibətlərimizin çoxvektorlu xarakterini müəyyənləşdirir, iqtisadi əlaqələri gücləndirir və demək olar bütün sahələrdə əməkdaşlığın inkişafına təkan verir. Qırğızıstan-Azərbaycan münasibətlərinin kifayət qədər geniş sahələri əhatə etdir. Ölkələrimiz arasında sıx münasibətlərin daha bir nümunəsi Milli Məclisdə Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun, əməkdaşlıq üzrə dostluq qrupunun fəaliyyət göstərməsidir. Azərbaycan  Qırğızıstan əlaqələri keyfiyyətcə yeni mərhələyə qaldırır və hər iki dövlətin milli maraqlarına xidmət edir. Ölkələr arasında imzalanmış sənədlər ticarət – iqtisadi , nəqliyyat, humanitar sahələrdə, kiçik və orta biznesin inkişafı sahəsində olduqca əlamətdardır.  Azərbaycanın Mərkəzi Asiya ölkələri, xüsusilə Türk dövlətləri, o cümlədən Qırğızıstanla əməkdaşlığının geniş perspektivləri var. Azərbaycan və Qırqıstan arasında olan münasibətlərdə yeni səhifə açılır, tarixi və mənəvi əlaqələr möhkəmləndirəcək, mövcud potensialdan tam istifadə üçün böyük addımların atılmasına şərait yaradacaq.

Mətanət Cəfərova ,
YAP-ın faəlı

Oxşar Xəbərlər

Back to top button