AnalitikaGündəmSiyasət

Azərbaycan Enerji Siyasəti və Bakı Enerji Həftəsinin Əhəmiyyəti

Bu gün Azərbaycanın iqtisadi fəaliyyəti çox müsbətdir

Azərbaycanın iqtisadiyyatı son illərdə davamlı inkişaf mərhələsindədir. Bu gün ölkədə həyata keçirilən iqtisadi islahatlar, qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması və ixrac imkanlarının genişlənməsi iqtisadi fəaliyyətin müsbət istiqamətdə inkişaf etdiyini göstərir.

Ölkə iqtisadiyyatının əsas məqsədlərindən biri neft və qaz sektorundan asılılığı azaltmaq və qeyri-neft sahələrini inkişaf etdirməkdir. Bu istiqamətdə görülən tədbirlər nəticəsində kənd təsərrüfatı, sənaye, turizm, nəqliyyat və informasiya texnologiyaları sahələrində mühüm nailiyyətlər əldə olunub. Qeyri-neft sektorunda istehsal və ixracın artması iqtisadiyyatın daha dayanıqlı olmasına şərait yaradır. 2025-ci ildə qeyri-neft ixracının artması və bir sıra məhsulların xarici bazarlara daha çox çıxarılması bu inkişafın göstəricilərindəndir.

Azərbaycanın əlverişli coğrafi mövqeyi beynəlxalq ticarət və nəqliyyat əlaqələrinin genişlənməsinə imkan yaradır. Yeni logistika layihələri, müasir yol və nəqliyyat infrastrukturu ölkənin iqtisadi potensialını artırır. Eyni zamanda xarici investisiyaların cəlb edilməsi sahibkarlığın inkişafına və yeni istehsal müəssisələrinin yaradılmasına müsbət təsir göstərir.

Dövlət tərəfindən sahibkarlara göstərilən dəstək, güzəştli kreditlər və müxtəlif təşviq proqramları iqtisadi fəallığın yüksəlməsinə səbəb olur. Kiçik və orta biznes subyektlərinin sayının artması məşğulluğun təmin edilməsində mühüm rol oynayır. Bu isə əhalinin gəlirlərinin yüksəlməsinə və həyat səviyyəsinin yaxşılaşmasına xidmət edir.

Bundan əlavə, kənd təsərrüfatı məhsullarının istehsalında və ixracında müşahidə olunan artım ölkənin ərzaq təhlükəsizliyinin güclənməsinə və regionların inkişafına töhfə verir. Aqrar və aqrar-sənaye məhsullarının ixracında əldə edilən nəticələr iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirildiyini göstərir.

Nəticə olaraq demək olar ki, bu gün Azərbaycanın iqtisadi fəaliyyəti çox müsbət qiymətləndirilir. Həyata keçirilən iqtisadi islahatlar, qeyri-neft sektorunun inkişafı, ixracın artması və sahibkarlığın dəstəklənməsi ölkənin iqtisadi gücünü artırır və gələcək inkişaf üçün möhkəm zəmin yaradır.

Süleymanova Mərziyyə,
YAP Xətai rayon təşkilati fəalı

 

 

Oxşar Xəbərlər

Back to top button