
Prezident İlham Əliyevin cari ilin 18 iyul tarixində Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısında iştirakı Azərbaycanın apardığı çoxşaxəli xarici siyasətin göstəricisi kimi mühüm əhəmiyyət kəsb edir. Toplantı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edən dövlətimizin Başçısı Azərbaycanın enerji siyasətinə bir daha diqqət çəkərək, ölkəmizin bu sahədə qazandığı uğurları xüsusilə vurğulayıb. Qeyd etmək lazımdır ki, enerji təhlükəsizliyi hər bir dövlət üçün olduqca mühüm strateji məsələlərdən biridir.
Qeyd edək ki, Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurlar məlumdur. Artıq Azərbaycan bu istiqamətdə böyük təcrübəyə sahib ölkə kimi bir çox beynəlxalq layihələrin təşəbbüskarı kimi çıxış edir. Bu barədə cənab Prezident çıxışında xüsusilə qeyd edib ki, “20 il ərzində Azərbaycan tarixdə ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış etdi və qonşuları ilə birlikdə onu istismara verdi”.
İndi Azərbaycan neftini Aralıq dənizində Türkiyənin Ceyhan limanından müxtəlif təyinat nöqtələrinə, o cümlədən Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edir. Xüsusilə vurğulamalıyıq ki, Cənub Qaz Dəhlizinin istismara verildiyi üç ildir ki, Azərbaycan mühüm qaz təchizatçısına çevrilib. Xüsusilə qeyd etməliyik ki, Azərbaycan və Avropa arasında əməkdaşlığın inkişaf dinamikası qorunur. Bu haqda cənab Prezident çıxışında qeyd edib ki, “2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq.
Azərbaycanın enerji sektorunda mühüm addımlar atdığını və beynəlxalq əməkdaşlığa töhfə verdiyini göstərir. Nəticə olaraq, Prezident İlham Əliyevin çıxışı Azərbaycanın enerji siyasətinin uğurlarını və Avropa ilə əməkdaşlıq perspektivlərini əhatə edir. Azərbaycanın strateji tərəfdaşlığı, qaz ixracının artması və yeni tərəfdaşlarla əməkdaşlıq perspektivləri ölkənin enerji sektorunda daha da möhkəmlənməsinə və beynəlxalq nüfuzunun artmasına şərait yaradır. Bu istiqamətdə atılan addımlar Azərbaycanın enerji siyasətinin davamlı və sabit inkişafını təmin edir.
Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi.