Analitika

Azərbaycan – Çin münasibətləri

Çin və Azərbaycan respublikaları arasında diplomatik və mədəni əlaqələr mövcuddur. Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Respublikası Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. Azərbaycan Respublikası yarandıqdan sonra onun müstəqilliyini tanıyan ilk ölkələrdən biri də Çin Xalq Respublikası olub. 1991-iı ildə Azərbaycanın istiqlaliyyətinin elan olunması və Pekinlə Bakı arasında diplomatik münasibətlər yaradılması, ikitərəfli əlaqələri genişləndirmək üçün əlverişli imkan olmuşdur. Bu əlaqələr sabit və sağlam əsasda inkişaf etməkdədir.

Ümummilli lider Heydər Əliyev Çinin beynəlxalq siyasi və iqtisadi işlərdə böyük rol oynadığını və ölkəmizdə islahatların keçirilməsində, Çinin təcrübəsinin öyrənilməsinə Azərbaycanın maraq göstərdiyini hər zaman qeyd etmişdir. Ulu Öndər Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb. Bunun haqqında prezident İlham Əliyev “China Global Television Network” televiziya kanalında yayımlanmış müsahibəsində xüsusilə vurğulayıb: “Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı. O vaxtlar dünyada Azərbaycan o qədər də tanınmırdı. Bu gün əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub”

Prezident İlham Əliyev Azərbaycanla Çin arasında əlaqələrin uğurla inkişaf etdiyini, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb. Çin Xalq Respublikası və Azərbaycan Respublikası arasında münasibətlər daim inkişaf edir. İki ölkə arasında heç bir problem yoxdur. Hər iki dövlət qarşılıqlı şəkildə bir-birinin suverenliyini və torpaqların toxunulmazlığını tanıyır. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən olan ÇXR hər zaman Azərbaycanı dəstəklədiyini bildirir.

Çin ilə Azərbaycan coğrafi baxımdan biri-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, xalqlarımız arasında tarixən dostluq əlaqələri mövcud olub. Bu münasibətlərin yaranmasında isə tarixi İpək yolu çox vacib rol oynayıb. İpək Yolu dünya mədəniyyəti tarixində yalnız iqtisadi deyil, həm də ictimai-siyasi, mənəvi və elmi dünyagörüşü baxımından fərqli mütərəqqi sosial münasibətlərin yaranmasında mühüm tarixi yoldur. Bu yolun bəşəriyyətə verdiyi mənəvi-mədəni, sosial-mədəni töhfələrdən nəinki tranzit cəmiyyətlər, hətta qeyri tranzit toplumlar da faydalanmışdır. Bu onunla bağlıdır ki, İpək Yolu tarixində quru və dənizlərdən ticarət münasibətləri gerçəkləşmişdir.

Eyni zamanda Çin rəsmiləri Azərbaycannın “Bir kəmər, bir yol” strategiyası üçün vacib ölkə olduğunu hər zaman qeyd edir. Ölkəmizin Çində ticarət nümayəndəliyi fəaliyyət göstərir. Azərbaycan Çinin müxtəlif bölgələrinə ticarət missiyaları təşkil edir. Çin şirkətləri Azərbaycanda sənaye layihələrinin reallaşdırılmasında iştirak edirlər.İqtisadi əməkdaşlıq məsələlərində mövqelərimiz üst-üstə düşür. Biz qarşılıqlı ticarətin həcminin artmasını görürük və böyük potensial xüsusilə göz qabağındadır. Biz ölkələrimizi gələcəkdə daha da birləşdirəcək meydana gələn yeni nəqliyyat marşrutlarını görürük. Bunun özü də regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaqdır”

Bu gün beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmləndirən, mühüm regional strateji layihələrin təşəbbüskarı və icraçısı olan, inkişaf, tərəqqi yolunda inamla addımlayan Azərbaycan bütün yeniliklərə açıqdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev China Global Television Network televiziya kanalına müsahibəsində bildirib ki, Çin ölkəmizlə etibarlı münasibətlərə malikdir. Çin və Azərbaycan yaxşı dostlardır.

Azərbaycan həmişə sözünü və etibarını qoruyub saxlayır. Bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda görürük ki, ölkələrimiz bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış edir. Beynəlxalq gündəliyə aid təməl məsələləri götürsək görərik ki, bizim mövqelərimiz suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq məsələlərində üst-üstə düşür.

Ülviyyə Məmmədova,
Xəzər rayonu, İftixar Tağıyev adına 26 nömrəli tam orta məktəb

Oxşar Xəbərlər

Back to top button