Analitika

Azərbaycan bu gün qlobalmiqyaslı məsələlərin həllində fəal rol oynayır

Mayın 1-də Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bir çox əhəmiyyəti ilə yadda qaldı. Forumun əsas məqsədi dialoq vasitəsilə sülhü təşviq etmək, qlobal təhlükəsizliyi gücləndirmək və əməkdaşlığı möhkəmləndirməkdir. Cənab Prezident İlham Əliyevin də söylədiyi kimi, 100-dən çox ölkənin nümayəndəsinin iştirak etdiyi forum mühüm beynəlxalq platformadır və orada mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunur.

Bu cür forumlar mədəniyyətlərarası dialoq mövzusuna diqqəti cəlb edir, yeni ideyalar və yanaşmalar ortaya qoyulur. Müxtəlif ölkələrdə və beynəlxalq təşkilatlarda mühüm qərar qəbul edənlər üçün bu, düzgün qərarların verilməsi məqsədilə yaxşı və müsbət platformadır. Bu baxımdan Azərbaycan həm daxildə, həm də xaricdə qarşılıqlı anlaşma və əməkdaşlığa söykənən siyasət yürüdür, körpülər qurur. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu dəyərlərimizi qoruyub saxlamışdır. Bu dəyərlərə qarşılıqlı hörmət, tolerantlıq, dostluq və tərəfdaşlığı aid etmək olar. Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçilərinin bir ailə kimi yaşayırlar. Azərbaycan cəmiyyətində sülh, sabitlik, həmrəylik mədəni müxtəliflik və qarşılıqlı hörmətlə həmişə bağlı olmuşdur.

Azərbaycan bu gün qlobalmiqyaslı məsələlərin həllində fəal rol oynayır. Ölkəmiz beynəlxalq tədbirlərə uğurla evsahibliyi edir, sivilizasiyalararası dialoqların həyata keçirilməsi üçün mühüm təşəbbüslər irəli sürür, dünyanı  narahat edən problemlərdən birgə çıxış yollarının aranması üçün uğurlu platformalar təqdim edir. “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da mədəniyyətlərarası və dinlərarası qlobal dialoqlara Azərbaycanın növbəti töhfəsi oldu.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button