AnalitikaDünyaGündəmSiyasət

Azərbaycan–Avropa İttifaqı münasibətlərində etimad və strateji əməkdaşlıq yeni mərhələyə yüksəlir

Azərbaycanın həyata keçirdiyi müstəqil və praqmatik xarici siyasət ölkəmizin beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə Avropa İttifaqı ilə siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlıq dinamik şəkildə inkişaf edir. Bu münasibətlər qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və ortaq maraqlara əsaslanır.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri və keçirilən yüksək səviyyəli görüşlər əməkdaşlığın perspektivlərini bir daha nümayiş etdirdi. Müzakirələr zamanı enerji təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat-kommunikasiya dəhlizləri, ticarət əlaqələri və regional sabitlik məsələləri əsas diqqət mərkəzində oldu. Bu istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi həm Azərbaycanın, həm də Avropa İttifaqının maraqlarına cavab verir.

Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşı kimi öz öhdəliklərini uğurla yerinə yetirir. Təbii qaz ixracının artırılması, Cənub Qaz Dəhlizinin səmərəli fəaliyyəti və bərpaolunan enerji layihələrinin həyata keçirilməsi ölkəmizin enerji təhlükəsizliyinə verdiyi töhfəni daha da gücləndirir. Bununla yanaşı, Azərbaycanın nəqliyyat-logistika imkanları Avropa ilə Asiya arasında ticarət əlaqələrinin inkişafında mühüm rol oynayır.

Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün regionda sülhün, əməkdaşlığın və iqtisadi inkişafın təşviqinə mühüm töhfə verən dövlət kimi tanınır. Qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq modeli beynəlxalq nüfuzumuzun daha da artmasına və yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradır.

Azərbaycan bundan sonra da milli maraqlarını əsas tutaraq beynəlxalq tərəfdaşları ilə münasibətlərini uğurla inkişaf etdirəcək, regionda sabitliyin, təhlükəsizliyin və dayanıqlı inkişafın təmin olunmasına öz töhfəsini verməyə davam edəcək.

Sevda Lalayeva,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button