AnalitikaGündəm

Ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir

Hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən artıq əzizdir. Çünki çox illər ana dilimiz, Azərbaycan dili həyatımızda geniş yer ala bilməmişdir. Buna baxmayaraq hər bir azərbaycanlı dilin qorunub saxlanılmasında az da olsa, çox da olsa, xidmətlərini göstərmişdir.

Biz türkdilli xalqların ailəsinə mənsub olan bir xalqıq. Ancaq bunun çox şaxələri var. Bunun bir şaxəsi də Azərbaycan dilidir. Biz bunu təsdiq etmişik və bu, artıq bütün ictimaiyyət tərəfindən qəbul olunubdur. Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilərik.

Müstəqil Azərbaycan dövlətçiliyinin bərpasından sonra ölkədə ikinci dəfə siyasi hakimiyyətə gəlmiş ümummilli liderimiz Heydər Əliyevin dövlət dili ilə bağlı siyasətinin fundamental hüquqi bazasını yaradan ali dövlət sənədləri oldu. Ana dilinin böyük təəssübkeşi olan Prezident Heydər Əliyev bunlarla bərabər, dilimizin inkişafını şərtləndirən digər amillərə xüsusi önəm verirdi. O, bu istiqamətdə Azərbaycan dilçilik məktəbinin, onun zəhmətkeş və ardıcıl nümayəndələrinin qarşısında mühüm vəzifələr qoyur və o vəzifələrin yerinə yetiriləcəyinə inanırdı. Heydər Əliyev dilin sosial hadisə olduğunu, buna görə də onun inkişaf mərhələlərinin canlı orqanizm olaraq sosial mühitlə üzvi bağlılığını bilirdi.

Ümummilli liderimiz Heydər Əliyev dövlət dilinin qayğısına ona görə qalırdı ki, o, dilimizi xalqımızın ən böyük milli sərvəti hesab edir və bu sərvətin göz bəbəyi kimi qorunmasının hüquqi əsaslarının yaradılmasına çalışır və buna nail olurdu. Bütün bunlarla bərabər, Heydər Əliyev mənsub olduğu xalqı dilin qorunması, inkişafı üçün ən etibarlı keşikçi sayırdı.Bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, Azərbaycan dili XX əsrdə böyük inkişaf yolu keçmişdir. İndi baxın bizim dilimiz nə qədər zəngindir, nə qədər məlahətlidir, nə qədər şirindir və bütün fikirləri ifadə etməsi üçün nə qədər söz ehtiyatlarına malikdir. Biz Azərbaycanda Azərbaycan dilinin hakim olmasını, Azərbaycan dilinin getdikcə inkişaf etməsini təmin edəcəyik.

Dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin qurulması  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdırsa, bu siyasətin yaradıcılıqla davam etdirilməsi missiyası Prezident İlham Əliyevə məxsusdur. Ölkə rəhbərinin Azərbaycan dilinin qloballaşma şəraitində hərtərəfli inkişafı, ədəbi dil normalarının qorunması istiqamətində atdığı addımlar Azərbaycan dilçiləri ailəsi, ümumilikdə, Azərbaycan ziyalıları tərəfindən minnətdarlıqla qarşılanır.Mətbuat gününün ən yüksək səviyyədə keçirilməsini təmin edəcək sənədin imzalanması ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın kütləvi informasiya vasitələrinə verdikləri böyük önəmin təzahürüdür.

Xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur.

Əliyev Ramin,
YAP fəalı

Oxşar Xəbərlər

Back to top button