
70-ci illərin ortalarından başlayaraqSSRİ-nitəşkiledən respublikalarınictimai-siyasi həyatında dil məsələsiyenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulun dan sonramilli dillərin sıxışdırılması prosesi dahada gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə acizidilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir. 1978-ci il aprelin 2-də IX çağırış AzərbaycanSSR Ali SovetininAzərbaycan SovetSosialist Respublikası Konstitusiyasınınlayihəsi və onun ümum xalqmüzakirəsinin yekunlarına həsrolunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər HeydərƏliyevintəklifiilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “AzərbaycanSovet SosialistRespublikasının dövlət dili Azərbaycan dilidir.” Heydər Əliyevin bu təşəbbüsü1978-ci il 21 aprel tarixində qəbulolunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider HeydərƏliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir.
Hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Ümummilli Lider Heydər ƏliyevAzərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən Ümummilli Lider Azərbaycan dilinin adını özümüzə qaytarmışdır.
Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmışvəziyyətinəzərə alaraq 2001-ci il iyunun18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanimzalamışdır. Ulu Öndərin “Azərbaycanəlifbası və Azərbaycan dili günününtəsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər ilavqustun 1-i ölkəmizdə Azərbaycanəlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.
Həmin Qanun 2002-ci il 30 sentyabr tarixində qəbul edilmişdir. Qanunaəsasən Azərbaycan RespublikasıAzərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan diliiləbağlı milli-mədəni özünü ifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğunolaraq Azərbaycan RespublikasındaAzərbaycan dilinin dövlət dili kimi hüquqi statusunun izamlayır.
Mehman Ramazanov,
YAP Oğuz rayon təşkilatının sədrmüavini