Gündəmİqtisadiyyat
ABŞ-nin sutkalıq neft istehsalı 13,86 milyon barelə çatıb

Birləşmiş Ştatların xam neft hasilatı artır.
Aktualinfo Media Qrup AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.
EIA-ya görə, ötən hesabat həftəsində ABŞ-nin neft hasilatı 50 min barel artaraq sutkada orta hesabla 13 milyon 860 min barel olub.
Keçən həftə ABŞ-nin neft idxalı da əvvəlki həftəyə görə 351 min barel artaraq sutkalıq 5 milyon 629 min barel, neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 746 min barel geriləyərək gündəlik 3 milyon 262 min barel təşkil edib.
Cari ildə Birləşmiş Ştatların neft hasilatının gündəlik orta hesabla 13 milyon 780 min barel olacağı gözlənilir.



