AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

8 Noyabr: Əbədi Yaşayacaq Qürur Mənbəyi

8 Noyabr Zəfər Günü zaman keçdikcə öz əhəmiyyətini itirməyəcək, əksinə, daha da böyük coşqu və qürurla qeyd olunacaqdır. Bu tarix Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş ən şərəfli gündür. O, bizim milli varlığımızın və gücümüzün sönməz işığıdır.

Əsrlər ötsə də, gələcək nəsillər bu günü böyük ehtiramla anacaq, şəhidlərimizin ruhuna dualar oxuyacaqlar. Zəfər Günü xalqımızın heç vaxt əyilməyəcəyini və öz haqqını hər zaman qoruyacağını təsdiqləyən əbədi bir abidədir. Bu qürur hissi nəsildən-nəslə ötürüləcəkdir.

Bu gün başımız dik, alnımız açıq şəkildə bayram edirik. Üçrəngli bayrağımızın kölgəsində birləşərək qalib ölkənin vətəndaşı olmağın sevincini yaşayırıq. Bu sevinc və qürur əbədi olaraq bizimlə qalacaqdır.

8 Noyabr Zəfər Günü xalqımızın ən müqəddəs bayramıdır. Yaşasın müstəqil, güclü və əbədi qalib Azərbaycan!

Rəşad Hüseynəliyev,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 185B” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button