2024-cü ilin 7 fevralında tarixi Zəfərə səs verilirdi

15 fevral 2024-cü ildə Prezident İlham Əliyevin Milli məclisdə andiçmə mərasimində çıxışı zamanı son 20 ildə əldə olunmuş nəticələrin təhlili ilə yanaşı, yeni çağırışları da diqqətə çatdırdı.
2003-cü ildə Azərbaycan xalqı növbəti dəfə tarixi seçim etdi. Heydər Əliyev siyasətinin davamına səs verdi. Bu, eyni zamanda yeni mərhələnin başlanğıcı idi. Bu vaxtadək sabit və müstəqil dövlət quruculuğu təmin olunsa da ölkə qarşısında həllini gözləyən məsələlər var idi. İqtisadi şaxələndirmə, sosial məsələlərin həlli, yeni texnologiyaların tətbiqi ilə müasir quruculuq, ordunun gücləndirilməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli başlıca prioritetlər idi. İnkişafın bütün komponentləri tarixi missisiyanin gerçəkləşdirilməsinə, ərazi bütövlüyü və suverenliyin təmin olmasına yönəlməli idi. Elə də oldu-düzgün iqtisadiyyat, güclü ordu, xalqın lider birliyi tarixi qələbəyə nail olmağa, ali məqsədə çatmağa imkan verdi.
07 fevral 2024-cü il tarixində növbədənkənar prezident seçkilərini yüksək əhval-ruhiyədə keçirməklə seçicilər bayram ab-havasında, hamılıqla prosesdə iştirak etdi. Çünki bu seçki Zəfər seçkisi idi. Tariximizdə ilk dəfə olaraq qələbə qazanmış bir ölkədə Zəfər platformasında seçkilər keçirilirdi. Eyni zamanda müstəqillik tariximizdə ilk dəfə olaraq bütün Azərbaycan ərazilərində seçkilər təşkil olunmuşdu. 30 ilə yaxın Ermənistanın işğalı altında olan 2020-ci il 44 günlük Vətən Müharibəsi nəticəsində azadlığına qovuşan tarixi torpaqlarımızda ilk dəfə seçkilər keçirildi. Bu sözsüz ki, xalqımız üçün qürurverici bir hadisə idi.
2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra Ali Baş Komandan İlham Əliyev xalqımızın qarşısında duran ən mühüm problem – ərazi bütövlüyümüzün bərpası prosesinin son tamamlayıcı mərhələsinə start verdi və qısa zamanda ölkəmizin, xalqımızın bütün potensialını vahid məqsəd uğrunda səfərbər etdi. Prezident seçildikdən cəmi iki il sonra ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası prosesini tamamladı. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçirilir. Bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsdiqi oldu. Bu tarixi hadisədir, bu bir ilkdir. Bəli, artıq Azərbaycan ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib.
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində əldə olunmuş şanlı Zəfər, 2023-cü ildə həyata keçirilmiş lokal anti-terror tədbirləri Azərbaycan dövləti və xalqı üçün yeni bir gələcək, yeni bir inkişaf mərhələsi yaratdı. Bu qələbəyə-ərazi bütövlüyümüzün təmininə, suverenliyimizin bərpasına gedən yol isə hər saatı, hər anı ilə hesablanmış, planlaşdırılmış bir yol olmuşdu. Bu qələbəni təmin edən amillərdən danışarkən bir çox nüanslara toxunmaq olar. Prezident İlham Əliyevin dövlətin iqtisadi gücünü qalibiyyət formuluna çevirmək bacarığı, diplomatik müstəvidə əldə olunan mühüm uğurlar, bir zamanlar nəinki haqq səsi eşidilməyən, hətta məruz qaldığı soyqırımlara belə etinasız yanaşılan Azərbaycanın dünya birliyinə inteqrasiyası, beynəlxalq aləmdə qazanılan nüfuz, bir sıra aparıcı təşkilatlarda uğurlu təmsilçilik və rəhbərlik əldə edilən qələbələrin əsas şərti kimi çıxış etməkdədir. Bir sözlə, Azərbaycanın son 200 illik tarixində qazandığı ən böyük uğur Prezident İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi, təmkini və böyük siyasi dühası sayəsində əldə olundu.
Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqi son 20 ildə əldə olunmuş nəticələrin təhlili ilə yanaşı yeni çağırışların diqqətə çatdırılması, risklərin və perspektivlərin qiymətləndirilməsi, hökumət qarşısında yeni vəzifələrin elan edilməsi baxımından həm də proqram xarakterli çıxış idi. Aydın oldu ki, beynəlxalq münasibətlər sistemində daha fəal iştirakçıya çevrilmək, ordu quruculuğunun ən müasir standartlara uyğun şəkildə davam etdirilməsi, sosial-iqtisadi sahədə islahatlar və ardıcıl artım dinamikasına nail olmaq, bölgədə sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpası və “Böyük Qayıdış”ın icrası dövrün prioritetləri sırasında olacaq.
2024-cü il fevralın 14-də Milli Məclisdə baş tutmuş Prezident İlham Əliyevin inaqurasiyası Azərbaycanın müstəqillik tarixində ərazi bütövlüyü çərçivəsində baş tutmuş ilk andiçmə mərasimi oldu. Ölkə başçısı çıxışında qarşıya qoyulan hədəflər barədə mesajlar verdi. Belə ismarışlardan biri də Azərbaycanın iqtisadi gücünün daha da artırılması, sosial rifah və uğurlu sosial siyasətin davam etdirilməsi, sosial problemlərin həlli, yoxsulluq və işsizliyin aradan qaldırılması ilə bağlı görülən işlərin davam etdirilməsini əhatə etdi. Ümumiyyətlə, son 20 ildə əsas prioritetlərdən biri sosial təminat tədbirlərinin gücləndirilməsi olub. İqtisadçıların fikrincə, minimum əməkhaqqı 345, minimum pensiya məbləği isə 280 manatadək yüksəlib. Prezidentin də dediyi kimi, növbəti dövrlərdə də sosial tədbirlərin davam etdirilməsi və sosial paketin daha da dərinlişməsi prosesi gözlənilir. Sosial istiqamətində dövlət büdcəsindən artımlar da nəzərdə tutulub və büdcə xərclərinin 45, cari xərclərin 70 faizi sosialyönümlü olacaq. Əsas hədəflərdən biri də ünvanlılığın təyin olunmasıdır ki, bu sosial qayğıya daha çox ehtiyacı olan ailələrin dövlət büdcəsi tərəfindən daha yaxından dəstəklənməsinə imkan verəcək. Bununla yanaşı, ölkə iqtisadiyyatında qeyri neft sektorunun payı artır. Gələcəkdə dayanıqlı inkişafın təmini üçün yaşıl enerjiyə keçid ölkə iqtisadiyyatının əsas hədəflərindəndir və bu istiqamətdə müqavilələr imzalanmaqdadır. Ölkə başçısı qlobal iqtisadi layihələrin müəllifidir. Hazırda İlham Əliyevin müəllifi olduğu “orta xətt layihəsi” sayəsində Azərbaycanın bir neçə ölkə ilə iqtisadi əməkdaşlığı, eləcə də nəqliyyat dəhlizləri, alternativ enerji və digər qeyri neft sahələrinin inkişafına səbəb olacaq.
Qalib, güclü və söz sahibi olan Azərbaycan dövlətinin həyatında yeni bir dövr başlayır. Ölkəmizin hədəfləri bəllidir. İqtisadiyyatın daha da gücləndirilməsi, müasir ordu quruculuğu, əhalinin rifah səviyyəsinin daha da yaxşılaşdırılması, ölkəmizin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi əsas prioritetlər sırasındadır. İşğaldan azad edilmiş ərazilərimizdə Qarabağ və Şəqri Zəngəzurda bərpa-quruculuq işləri böyük uğurla və ardıcıllıqla həyata keçirilir. “Böyük Qayıdış” konsepsiyasına uyğun olaraq ərazilərin bərpası və qısa zamanda keçmiş qaçın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdaraq, burada əbədi, xoşbəxt yaşaması təmin olunacaq. Buna Müzəffər Ali Baş Komandan ətrafında birləşmiş xalq-iqtidar, güclü qalib Azərbaycan dövləti tam təminat verir.
Əbdüləlizadə Fidan,
Xəzər rayonu, 323 №li tam orta məktəb



