
22 sentyabr 2026-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən metallurgiya sənayesinin inkişafına dair Dövlət proqramına həsr olunmuş müşavirə keçirilib.
Bu proqramın hazırlanması üçün müvafiq sərəncam 2026-cı ilin aprel ayında imzanlanmışdır.
Bu sahə çox perspektivliliyi ilə ölkə iqtisadiyyatı, xüsusilə ölkəmizin qeyri–neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıyır. Dağ-mədən və metallurgiya sənayesi maliyyə tutumlu sahədir, eyni zamanda ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır.
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət proqramı ölkə iqtisadiyyatını gücləndirəcək eyni zamanda vətəndaşların sosial vəziyyətiniyaxşılaşdıracaq və müasir infrastrukturla təmin edəcək.
20 il ərzində görülmüş işlər infrastruktur layihələrimizi icra etməyə imkan verdi. Biz elektrik enerjisi ilə bağlı bütün məsələləri həll etdik və çox güclü potensial yaratdıq.
Bu işlərin vaxtında görülməsi ilə bağlı atdığımız addımlar Azərbaycanın son illər ərzində öz təlabatını tam təmin etməsinin və eyni zamanda bir çox ölkələr üçün enerji sahəsində əvəzolunmaz tərəfdaşa çevrilməyinin bünövrəsinin əsası oldu.
Prezident İlham Əliyev qeyd etmişdir ki, bizim təbii resurslarımız qızıl, mis, molibden kimi perspektivli yataqlarımız bu gün hələ də öz geoloji kəşfiyyat dövrünü gözləyir. Bu məqsədlə kəşfiyyat və geoloji kəşfiyyatişlərinə start verildi.
Prezident öz çıxışında Qərb Sənaye Parkının yaradılması ilə bağlı Fərmanın imzalandığını da vurğulayıb. Sənaye parkları və aqroparklar Azərbaycanda bir çox bölgələrdə demək olar ki, hər bir bölgədə olduğunu qeyd etmişdir.
Qərb Sənaye Parkının yaradılmasının əsas məqsədi dağ-mədən sənayesinin inkişafıdır.
Metallurgiya sənayesinin inkişafına dair alüminiumistehsalının inkişafının nəzərdə tutulduğu və 2010-cu ilin sonuna qədər proqram əsasında alüminium istehsalının 100 min tona çatdırılması məsələsi də prezidentin çıxışında qeyd edilib.
Bu proqram maliyyə tutumlu və gəlirlidir. Yerli və xarici investorlara qapılar açıqdır mesajını da Prezident İlham Əliyev öz çıxışında səsləndirib.
Proqramın həyata keçirilməsi yeni bir güclü sənaye istiqaməti yaradacaq. Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət proqramı prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı və təbii sərvətlərin səmərəli idarə olunmasına yönəlmiş dövlət siyasətinin növbəti pilləsi və davamıdır.
Şəhla Quliyeva,
Respublika Pediatriya Mərkəzinin həkimi, Mirəsədulla Mirqasımov küçəsi 2 (RPM PHŞ) üzrə ƏPT sədr müavini



