AnalitikaGündəmSiyasət

20 Sentyabrın nəsillərə ötürdüyü mesaj

20 Sentyabr Azərbaycan tarixində yalnız bir tarixi hadisənin xatırlandığı gün deyil, dövlət suverenliyi anlayışının xüsusi şəkildə ifadə olunduğu tarixdir. Prezidentin 19 sentyabr 2024-cü il tarixli sərəncamı ilə hər il sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi bu tarixin dövlətçilik yaddaşındakı yerini rəsmiləşdirib. Sərəncamda 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpa edildiyi qeyd olunur.

Eyni tarix Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri ilə də bağlıdır. 2024-cü ildə qəbul edilmiş sərəncamla 20 sentyabr həmin şəhərlərin günü kimi müəyyənləşdirilib. Beləliklə, tarix həm ölkənin suverenliyini, həm də dörd şəhərin müasir inkişaf mərhələsini ifadə edən ümumi məna qazanıb.

Bu tarixin gələcək nəsillərə ötürdüyü əsas mesajlardan biri dövlətçiliyin və suverenliyin dəyəridir. Lakin tarix yalnız xatırlanmaq üçün deyil, gələcəyə istiqamət vermək üçün də əhəmiyyətlidir. Qarabağda bu gün aparılan quruculuq işləri 20 Sentyabrın məzmununu yalnız tarixi yaddaşla məhdudlaşdırmır, onu yeni həyat və inkişaf prosesi ilə əlaqələndirir.

Gələcək nəsillər 20 Sentyabrı həm tarixi dönüş nöqtəsi, həm də Qarabağda yeni həyatın başlanğıc mərhələlərindən biri kimi öyrənəcəklər. Tarix yaddaşda yaşadıqca mənasını qoruyur, quruculuq isə həmin tarixin nəticələrini gələcək nəsillərin gündəlik həyatına çevirir.

Pərviz Həsənov,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button