10 noyabr tarixli bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına son qoydu

Prezident İlham Əliyevin uğurlu siyasi iradəsi , ordumuzun qətiyyəti nəticəsində düşmənə diz çökdürdük və onlara lazımı dərs verdik.44 gün davam edən döyüşlərdə şəhidlərimizin olmasına baxmayaraq geri dönməyərək İrəli ! İrəli! deyib vandalların qorxulu röyası olduq. Sözsüz, bu bəyanatı düşmən qəbul etməli idi, yoxsa onlar üçün bunun nəticəsi ağır olacaqdı. Dəmir yumruq onlara elə dərs verdi ki, düşünmürəm ki onlar bir daha öz taleləri ilə oynasınlar . Regionda yeni reallıqlar yarandı . Bir daha sübut olundu ki, Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi adı yoxdur, tamamilə süquta uğrayıb. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Bəli, separatçıların qələmi qırıldı. Onlar anlamalı idi ki, təslim olmaqdan başqa yolları yoxdu. Şuşada rəqs edirdilər, elə bilirdilər ki, biz o torpaqlara qayıtmayacağıq. Amma necə oldu ? Əzmlə , iradəmizlə bu torpaqlara elə qayıtdıq ki, düşmənin bu yerlərdə izi-tozu qalmadı. Bu reallıqları bütün dünya qəbul etməlidir. Amma təəsüflər olsun ki, düşmən və havadarları hələ də bu reallıqları qəbul etmək istəmir. Olsun, biz artıq əbədi olaraq Qarabağımızdayıq. Tarix həqiqətləri göz önündədir, kiməsə sübut etməyə ehtiyacımız yoxdu. Unutmamalıyıq ki, Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir
Ələkbər Saleh,
YAP-ın fəalı