AnalitikaGündəmSiyasət

Zəfərimiz əbədi, qürurumuz sonsuzdur

Zəfər Günü Azərbaycan xalqının tarixində ən şanlı və qürurverici səhifələrdən biridir. Bu gün xalqımızın milli birliyinin, qəhrəmanlığının, Vətənə bağlılığının və tarixi ədalətin bərpasının təcəssümüdür.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı.

44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının həmrəyliyini, ordumuzun gücünü və əsgər və zabitlərimizin qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızın azadlığı uğrunda böyük Zəfərə imza atdı.

8 noyabr 2020-ci ildə Şuşa şəhərinin işğaldan azad edilməsi müharibənin taleyində həlledici rol oynadı.

2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri tərəfindən üçtərəfli Bəyanat imzalandı və hərbi əməliyyatlar dayandırıldı.

Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 8 noyabr Azərbaycanda Zəfər Günü elan edildi.

Zəfərimiz 30 ilə yaxın davam edən işğala son qoyulmasının və Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi dönüşün rəmzinə çevrildi.

Bu Qələbə şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı və Azərbaycan əsgərinin misilsiz qəhrəmanlığı bahasına əldə edildi.

Vətən müharibəsi xalq-ordu birliyinin, milli həmrəyliyin və güclü dövlətçiliyin parlaq nümunəsi oldu.

Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı, Böyük Qayıdış prosesi həyata keçirilir.

Ləman Cəlilova,
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru

Oxşar Xəbərlər

Back to top button