
Zəfər Günü Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi tarixə həkk olunacaq, ona görə ki, Cənab Prezidentin rəhbərliyi ilə Bir Dəmir Yumruq olduq. 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik tarixində ən əlamətdar və qürurverici günlərdən biridir. Bu tarix xalqımızın milli iradəsinin, dövlətimizin qüdrətinin, ordumuzun qəhrəmanlığının və Vətənə sonsuz bağlılığının təntənəsidir. 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın tarixi taleyində yeni mərhələnin başlanğıcı olmuşdur. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət, güclü dövlət quruculuğu strategiyası və ordumuzun döyüş hazırlığının artırılması qazanılan möhtəşəm Zəfərin əsas amillərindən olmuşdur. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, siyasi iradəsi və uzaqgörən strategiyası nəticəsində Azərbaycan Ordusu 30 ilə yaxın davam edən işğala son qoyaraq ərazi bütövlüyümüzün bərpası istiqamətində tarixi nailiyyət əldə etmişdir. Azərbaycan xalqı Vətən müharibəsi dövründə vahid amal ətrafında birləşərək öz gücünü və həmrəyliyini bütün dünyaya nümayiş etdirmişdir. Bu Zəfərin arxasında şəhidlərimizin müqəddəs qanı, qazilərimizin qəhrəmanlığı, əsgər və zabitlərimizin fədakarlığı dayanır. Onların Vətən uğrunda göstərdikləri misilsiz xidmət heç zaman unudulmayacaqdır. Biz hər zaman şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etməli, qazilərimizə və müharibə iştirakçılarına diqqət və qayğı göstərməliyik. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, müasir infrastruktur yaradılır, keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Bütün bunlar Azərbaycanın Zəfərdən sonrakı inkişaf strategiyasının və Böyük Qayıdış siyasətinin mühüm nəticələridir. Bir gənc kimi qeyd etmək istəyirəm ki, Zəfər tariximizi dərindən öyrənmək, dövlətçilik ənənələrimizi qorumaq, milli birliyimizi möhkəmləndirmək və gələcək nəsillərə ötürmək hər birimizin vətəndaşlıq borcudur. 8 Noyabr Azərbaycan xalqının heç vaxt unudulmayacaq şanlı tarixidir. Bu Zəfər xalqımızın birliyinin, dövlətimizin gücünün və milli iradəmizin əbədi təcəssümüdür!
Maqsud Əhmədzadə,
YAP Yasamal rayon təşkilatının fəal gənci


