
30 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Ağstafa rayon təşkilatı tərəfindən “Dağ Kəsəmən kənd” Ərazi Partiya Təşkilatında Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.
Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Yunis Eyyubov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, Azərbaycanın yeni tarixi mərhələdə qarşısında duran prioritetlərin müəyyənləşdirilməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Qurultaydakı proqram xarakterli nitqi ölkəmizin gələcək inkişaf istiqamətlərini, dövlətçilik prinsiplərini və partiyanın qarşısında duran mühüm vəzifələri bir daha aydın şəkildə ortaya qoymuşdur.
Daha sonra çıxış edən natiqlər – Dağ Kəsəmən kənd 1 №-li tam orta ümumtəhsil məktəbin müəllimləri Ülviyyə Kərimova, Aygün Qocayeva, Dağ Kəsəmən kənd Folklor Mədəniyyət evinin əməkdaşı Alidə Yolçuyeva və “Dağ Kəsəmən kənd” Ərazi Partiya Təşkilatının sədri İbrahim Qiyasbəyov bildiriblər ki, VIII Qurultayda səsləndirilən fikirlər bir daha göstərdi ki, Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin qorunması, dövlət müstəqilliyinin və suverenliyinin daha da möhkəmləndirilməsi, milli maraqların təmin olunması əsas prioritetlərdəndir. Ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası Azərbaycanın tarixində yeni mərhələnin başlanğıcı olmuşdur. Bu reallıqlar qarşıya daha böyük məqsədlər və məsuliyyətli vəzifələr qoyur.










