
18 oktyabr 2026-cı il tarixində Qasımov Eltun Vüqar oğlunun Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında məzarı ziyarət edilib.
Aktualinfo Media Qrup xəbər verir ki, anım mərasimində Nizami Rayon İcra Hakimiyyəti başçısı Coşqun Cəbrayılov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, Keşlə Bələdiyyəsinin sədri Rəşad Babayev, RİHBA-nın əməkdaşları, 250 saylı məktəbin rəhbərliyi və kollektivi, AZFEN şirkətinin kollektivi, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər.
Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.
Qeyd edək ki, Eltun Qasımov 14 oktyabr 2020-ci il tarixində Hadrut döyüşləri zamanı şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.




