GündəmSosial

“ASAN xidmət” ərazi partiya təşkilatında iclas keçirilib

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri cənab İlham Əliyevin YAP-nın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı 16 oktyabr 2026-cı il tarixində Şəki regional “ASAN xidmət” mərkəzində YAP Şəki rayon təşkilatının “ASAN xidmət” ərazi partiya təşkilatının (ƏPT) iclası keçirilib.

İclasda Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının rəhbərliyi və əməkdaşı,
Şəki regional “ASAN xidmət” mərkəzinin rəhbərliyi, “ASAN xidmət” ƏPT-nın sədri, ərazi partiya təşkilatının qeydiyyatında olan üzvlər iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasda YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, Şəki regional “ASAN xidmət” mərkəzinin direktoru, ƏPT sədri Bəhruz Nəsibov, Mərkəzin əməkdaşı Aqşin Abbasov, Qurultay nümayəndəsi, “Sülh meydanı” ƏPT-nın sədri Sevda Sadıqova çıxış ediblər.
Çıxışlarda YAP-ın VIII Qurultayının partiyanın inkişafında yeni mərhələnin başlanğıcı olduğu vurğulanıb, Qurultayda Azərbaycan Respublikasının Prezidenti, YAP Sədri cənab İlham Əliyevin nitqindən irəli gələn əsas vəzifələr diqqətə çatdırılıb. Ölkəmizin qarşısında duran strateji hədəflər, dövlət siyasətinin həyata keçirilməsində YAP-ın rolu, partiya təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi, ideoloji işin səmərəliliyinin artırılması və partiya üzvlərinin qarşısında duran vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bildirilib ki, Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın davamlı inkişafına, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə və qarşıya qoyulan strateji məqsədlərin həyata keçirilməsinə bundan sonra da öz töhfəsini verəcək.
İclasda YAP-ın VIII Qurultayında müəyyənləşdirilən yeni hədəflərin və qarşıya qoyulan vəzifələrin ƏPT-nın fəaliyyətində əsas istiqamətlərdən biri kimi rəhbər tutulmasının vacibliyi vurğulanıb.

Oxşar Xəbərlər

Back to top button