
Prezident İlham Əliyevin Kambocanın Baş naziri Hun Manetin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatı
Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbə Azərbaycanda təhsil almışdır.Hesab edirik ki, bu ənənəni bərpa etməli və hər iki ölkədə qarşılıqlı təhsil imkanları yaratmalıyıq. Bu, həm də xalqlarımız arasında təmasların daha da genişlənməsinə kömək edəcək.Nəqliyyat və rəqəmsal transformasiya da müzakirə etdiyimiz və prioritet hesab olunan sahələrdəndir.
“ASAN” dövlət xidmətləri sistemimiz Kambocada da maraq doğurur.Həmçinin məmnunuq ki, öz səmərəliliyini sübut etmiş və Azərbaycan cəmiyyətində təqribən 100 faizlik müsbət qiymətləndirmə qazanmış “ASAN” dövlət xidmətləri sistemimiz Kambocada da maraq doğurur. Bu sistem artıq Azərbaycanın dostu olan bir çox ölkələrdə tətbiq edilir. Əminəm ki, bu da ikitərəfli münasibətlərimizə yaxşı töhfə verə bilər. Parlamentlərarası əlaqələrdə də yüksək həmrəylik nümayiş etdirilir. Hər iki ölkədə parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir.
Bundan başqa, Kambocanın dəstəyi ilə Azərbaycan parlamenti ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə edib. Bu da Asiyanın, Cənub-Şərqi Asiyanın Azərbaycan üçün əhəmiyyət daşıdığını və xarici siyasətimizin prioritetlərindən biri olduğunu göstərir. Hər iki ölkə üçün ümumi problem olan mina məsələsini müzakirə etdik. Bu, problemidir. Hər iki ölkə minalardan əziyyət çəkmişdir və bu gün də əziyyət çəkməkdədir. Təcrübə, bilik və praktiki bacarıqların mübadiləsi, həmçinin təlimlərin keçirilməsi son dərəcə vacibdir.
Səbinə İsgəndərli,
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı



