
Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi proseslərin sürətlədəyişdiyi, təhlükəsizlik çağırışlarının genişləndiyi və yeni əməkdaşlıqformatlarının aktuallıq qazandığı bir mərhələdə Türk DövlətləriTəşkilatının (TDT) qarşısında mühüm vəzifələr dayanır. Bu baxımdanAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk DövlətləriTəşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdəkiçıxışı yalnız konkret bir toplantının gündəliyinə münasibət bildirməkləməhdudlaşmayan, Türk dünyasının gələcək inkişaf istiqamətlərinə dairgeniş strateji baxışları özündə əks etdirən mühüm siyasi mesajlar kimidiqqəti cəlb edir. Prezidentin çıxışı TDT-nin mövcud potensialının dahasəmərəli şəkildə səfərbər edilməsinin, üzv dövlətlər arasında qarşılıqlıəlaqələrin dərinləşdirilməsinin və təşkilatın beynəlxalq arenadakırolunun gücləndirilməsinin zəruriliyini bir daha ortaya qoyur.
Bakıda TDT-nin təhlükəsizlik şuraları katiblərinin Beşinci Toplantısınınkeçirilməsi təşkilat daxilində əməkdaşlığın artıq siyasi, iqtisadi vəmədəni sahələrlə məhdudlaşmadığını, təhlükəsizlik məsələlərinin dəgetdikcə daha sistemli və institusional müstəvidə müzakirə olunduğunugöstərir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müxtəlifformatlarda keçirilən görüşlər beynəlxalq gündəlik, təhlükəsizlik, multikulturalizm, ticarət, nəqliyyat və humanitar əməkdaşlıq kimi genişspektrli məsələləri əhatə edir. Bu yanaşma TDT-nin yalnız ortaq tarix vəmədəniyyət üzərində qurulan əməkdaşlıq platforması deyil, həm dəmüasir dünyanın mürəkkəb çağırışlarına cavab verməyə qadir olançoxşaxəli bir təşkilat kimi inkişaf etdiyini göstərir. Rəsmi çıxışdatəşkilatın 2009-cu ildə Naxçıvanda keçirilmiş tarixi Zirvə görüşündənsonrakı inkişaf yolu xüsusi qeyd olunur.
Prezidentin çıxışında diqqəti cəlb edən əsas məsələlərdən biri TDT məkanının malik olduğu geniş geosiyasi, iqtisadi və coğrafi imkanlardır. Türk dövlətləri Avropa ilə Asiyanı birləşdirən mühüm coğrafi məkandayerləşir. Bu ərazidən keçən enerji və nəqliyyat dəhlizləri yalnız üzvölkələrin deyil, daha geniş regionların iqtisadi və strateji maraqlarıbaxımından da mühüm əhəmiyyət daşıyır. Bu reallıq Türk DövlətləriTəşkilatının qarşısında yeni imkanlar açır və onun beynəlxalqbağlantılar, nəqliyyat təhlükəsizliyi, enerji təhlükəsizliyi və ümumiregional təhlükəsizlik məsələlərində rolunun daha da artırılmasını zəruriedir.
Azərbaycanın bu prosesdə xüsusi mövqeyi vardır. Ölkəmiz həm enerjiresurslarının dünya bazarlarına çatdırılmasında, həm də Mərkəzi Asiyaölkələrinin enerji resurslarının Xəzər vasitəsilə beynəlxalq bazarlaraçıxarılmasında mühüm rol oynayır. Azərbaycanın Avropa ilə Asiyanınqovşağında yerləşməsi, Türkiyə və Mərkəzi Asiyanın türk dövlətləri iləfəal əməkdaşlığı ölkəmizin nəqliyyat və enerji layihələrindəəhəmiyyətini daha da artırır. Bu baxımdan Prezident İlham Əliyevinçıxışında enerji və nəqliyyat təhlükəsizliyinin ümumi təhlükəsizlikanlayışının ayrılmaz hissəsi kimi təqdim edilməsi təsadüfi deyil. Müasirdövrdə iqtisadi dayanıqlıq, enerji təminatı və etibarlı nəqliyyatbağlantıları bir-birindən ayrı təsəvvür edilə bilməz.
Prezidentin çıxışının mühüm istiqamətlərindən biri də Türk dünyasınınmənəvi və tarixi birliyidir. “Türk dünyası bizim ailəmizdir” fikriAzərbaycanın TDT çərçivəsində münasibətlərə baxışının mahiyyətiniifadə edən mühüm siyasi və mənəvi yanaşmadır. Azərbaycan digər üzvdövlətlərlə ikitərəfli əlaqələrini ardıcıl şəkildə inkişaf etdirir, müttəfiqlikmünasibətlərini möhkəmləndirir, qarşılıqlı investisiyaların təşviqi vəbirgə layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir. Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla qurulmuşmünasibətlərin müxtəlif sənədlərlə strateji və müttəfiqlik səviyyəsindərəsmiləşdirilməsi Türk dünyasında qarşılıqlı etimadın institusionaləsaslarının möhkəmləndiyini göstərir.
Bu münasibətlərin təməlində yalnız siyasi və iqtisadi maraqlar deyil, eyni zamanda ortaq tarix, dil, mədəniyyət, ənənələr və mənəvi dəyərlərdayanır. Prezidentin vurğuladığı kimi, ümumi etnik köklər və mədəniyaxınlıq Türk Dövlətləri Təşkilatını digər beynəlxalq əməkdaşlıqformatlarından fərqləndirən mühüm xüsusiyyətlərdəndir. Belə mənəvibirlik dövlətlərarası münasibətlərin daha dayanıqlı və uzunmüddətlixarakter almasına xidmət edən mühüm amildir.
Türk dünyasının gələcəyi baxımından sabitlik və təhlükəsizlik xüsusiəhəmiyyət daşıyır. Prezident İlham Əliyev çıxışında TDT məkanındasabitliyin, sülhün və təhlükəsizliyin mövcudluğunu inkişafın mühümamili kimi qiymətləndirir. Çünki sabitlik olmadan iqtisadi inkişaf, investisiya, texnologiya və innovasiyaların cəlb edilməsi mümkün deyil. Bu yanaşma təhlükəsizlik məsələsinə yalnız hərbi müstəvidə deyil, sosial-iqtisadi inkişafın və dövlətlərin dayanıqlığının əsas şərti kimibaxılmasını tələb edir.
Müasir dünyanın reallıqları isə təhlükəsizlik anlayışının daha genişməzmun kəsb etdiyini göstərir. Ətraf regionlarda davam edənmünaqişələr, yeni risklərin meydana çıxması və qeyri-sabitliyincoğrafiyasının genişlənməsi Türk dövlətləri arasında təhlükəsizliksahəsində əməkdaşlığın daha da gücləndirilməsini zəruri edir. Bubaxımdan təhlükəsizlik qurumları arasında məlumat mübadiləsiningenişləndirilməsi, operativ əlaqələrin gücləndirilməsi, birgə fəaliyyətinəlaqələndirilməsi və mümkün təhdidlərin qabaqcadanmüəyyənləşdirilərək qarşısının alınması xüsusi əhəmiyyət daşıyır. Prezidentin fikrincə, Bakıda keçirilən toplantının mühümməqsədlərindən biri də məhz bu istiqamətdə təcrübə və məlumatmübadiləsinin aparılmasıdır.
Burada təhlükəsizliyin yalnız fiziki və hərbi təhdidlərləməhdudlaşmadığı da xüsusi vurğulanır. Müasir dövrdə informasiya vəideoloji təsirlər, ictimai həmrəyliyə təsir göstərməyə yönəlmişfəaliyyətlər, müxtəlif manipulyasiya üsulları dövlətlərin qarşısında yeniçağırışlar yaradır. Prezident İlham Əliyevin çıxışında bu reallığa diqqətyetirilərək, ölkələrin ardıcıl inkişafının və konstitusiya quruluşununqorunması üçün mümkün ideoloji təxribatlara qarşı birgə fəaliyyətinəhəmiyyəti qeyd edilir.
Bu kontekstdə gənc nəslin xüsusi rolu vardır. Türk dünyasının gələcəkinkişafı yalnız mövcud siyasi və iqtisadi əlaqələrin qorunmasındandeyil, həm də gənc nəsillər arasında qarşılıqlı ünsiyyətin, əməkdaşlığınvə ortaq dəyərlər haqqında təsəvvürlərin möhkəmləndirilməsindənasılıdır. Prezident TDT çərçivəsində gənclər təşkilatlarının qarşılıqlıfəaliyyətinə daha çox diqqət yetirilməsini, müntəzəm forum vəkonfransların keçirilməsini mühüm vəzifələrdən biri kimi irəli sürür. Buyanaşma gələcək nəsillər arasında əlaqələrin daha damöhkəmləndirilməsi və Türk dünyasının ümumi gələcəyinə dairbaxışların formalaşdırılması baxımından əhəmiyyətlidir.
Prezidentin çıxışında Türk dövlətlərinin demoqrafik potensialına dadiqqət yetirilir. Gənc əhali və müsbət demoqrafik dinamika böyüküstünlük olmaqla yanaşı, bu potensialın davamlı iqtisadi artım, sosialinfrastruktur və yeni iş yerlərinin yaradılması ilə dəstəklənməsini tələbedir. Başqa sözlə, demoqrafik üstünlük yalnız əhalinin sayının artmasıilə deyil, həmin insan kapitalının təhsil, məşğulluq, sosial rifah vəinnovativ inkişaf imkanları ilə təmin olunması ilə real strateji üstünlüyəçevrilə bilər.
Azərbaycanın TDT daxilində fəallığı təşkilatın institusional inkişafındada özünü göstərir. Dövlət başçılarının müntəzəm Zirvə görüşləri iləyanaşı, qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinin təşəbbüs edilməsidövlət başçıları arasında daha intensiv siyasi dialoqunformalaşdırılmasına xidmət edir. Şuşada keçirilmiş ilk qeyri-rəsmi Zirvəgörüşündən sonra bu formatın davam etdirilməsi ümumi maraqların vəbirgə fəaliyyət istiqamətlərinin daha operativ şəkildə müzakirəolunmasına imkan yaradır.
Prezident İlham Əliyevin çıxışında beynəlxalq hüququn üstünlüyüməsələsi də xüsusi yer tutur. Azərbaycanın təcrübəsi əsasındasəsləndirilən fikirlər beynəlxalq hüquq normalarının bütün dövlətlərüçün eyni prinsiplərlə tətbiq edilməsinin əhəmiyyətinə diqqət çəkir. Çıxışda beynəlxalq hüququn işlək mexanizmlərininmöhkəmləndirilməsinin və beynəlxalq təşkilatların qəbul etdiyiqərarların həyata keçirilməsini təmin edən mexanizmlərinyaradılmasının vacibliyi vurğulanır.
Bu yanaşma Türk Dövlətləri Təşkilatının beynəlxalq münasibətlərsistemində daha fəal rol oynaması məsələsi ilə birbaşa bağlıdır. TDT-ninpotensialı yalnız üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsiilə məhdudlaşmamalı, təşkilatın beynəlxalq təhlükəsizlik, ticarət, enerjivə nəqliyyat məsələlərində vahid mövqeyinin daha aydın ifadəolunmasına da imkan yaratmalıdır. Prezidentin çıxışında təşkilatınaparıcı beynəlxalq institutlardan birinə çevrilməsi məqsədi məhz bustrateji baxışın ifadəsidir.
Azərbaycanın Türkiyə ilə münasibətləri isə Türk dünyasındaəməkdaşlığın ən mühüm nümunələrindən biri kimi təqdim olunur. Tarixi, mədəni, siyasi, iqtisadi və təhlükəsizlik əlaqələrinin bir-birinitamamlaması Azərbaycan-Türkiyə münasibətlərini xüsusi xarakterlistrateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Şuşa Bəyannaməsininimzalanması ilə bu münasibətlərin müttəfiqlik çərçivəsinin hüquqiəsasları daha da möhkəmlənib. Prezidentin qeyd etdiyi kimi, sonrakıdövrdə də iki ölkə arasında əməkdaşlıq müxtəlif sahələrdə inkişafetməkdə davam edir.
Eyni zamanda, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Özbəkistan vəAzərbaycan-Qırğızıstan münasibətlərində əldə olunan nəticələr Türkdünyasının ümumi inteqrasiya prosesinin mühüm tərkib hissəsidir. Qarabağın bərpasına Qazaxıstanın göstərdiyi dəstək, Özbəkistanla əbədidostluq haqqında müqavilənin imzalanması, Qırğızıstanla müttəfiqlikmünasibətlərinin rəsmiləşdirilməsi kimi faktlar ikitərəfli əlaqələrin TDT daxilində ümumi əməkdaşlıq mühitinin möhkəmlənməsinə necə təsiretdiyini göstərir.
Mədəni-humanitar əlaqələr də bu böyük mənzərənin ayrılmaz hissəsidir. Bakıda Əlişir Nəvainin, Daşkənddə isə Nizami Gəncəvinin abidələrininucaldılması xalqlarımızın ortaq tarixi və mədəni irsinin müasir dövrdədə yaşadılmasının rəmzi nümunələrindəndir. Belə layihələr yalnız ayrı-ayrı mədəni hadisələr deyil, xalqlar arasında qarşılıqlı hörmət və mənəviyaxınlığın möhkəmləndirilməsinə xidmət edən mühüm humanitarkörpülərdir.
Prezidentin çıxışının bütövlükdə əsas məntiqi ondan ibarətdir ki, TürkDövlətləri Təşkilatının qarşısında geniş imkanlarla yanaşı, ciddiməsuliyyət də dayanır. Türk dövlətlərinin iqtisadi potensialı, enerjiresursları, əlverişli coğrafi mövqeyi, nəqliyyat imkanları, gənc əhalisi, ortaq tarixi və mədəni dəyərləri təşkilatın gələcək inkişafı üçün möhkəmzəmin yaradır. Lakin bu potensialın real nəticəyə çevrilməsi qarşılıqlıetimadın, koordinasiyanın və birgə fəaliyyətin daha da gücləndirilməsinitələb edir.
Bu baxımdan Prezident İlham Əliyevin Bakı görüşündə səsləndirdiyifikirlər yalnız bu günün çağırışlarına cavab deyil, eyni zamanda Türkdünyasının gələcəyinə dair strateji baxışın ifadəsidir. Təhlükəsizliksahəsində məlumat və təcrübə mübadiləsinin genişləndirilməsi, enerji vənəqliyyat layihələrinin inkişaf etdirilməsi, iqtisadi əməkdaşlığındərinləşdirilməsi, gənclər arasında əlaqələrin gücləndirilməsi, ortaqmədəni irsin qorunması və beynəlxalq hüququn üstünlüyünün müdafiəsiTDT-nin qarşısında duran əsas istiqamətlər kimi diqqəti çəkir.
Azərbaycanın bu prosesdə fəal mövqeyi ölkəmizin həm regional, həmdə daha geniş beynəlxalq əməkdaşlıq sistemində artan rolunu nümayişetdirir. Bakı artıq yalnız müxtəlif beynəlxalq tədbirlərin keçirildiyiməkan deyil, həm də mühüm siyasi, iqtisadi, humanitar və təhlükəsizliktəşəbbüslərinin müzakirə olunduğu platformaya çevrilməkdədir. TDT təhlükəsizlik şuraları katiblərinin Beşinci Toplantısının Bakıdakeçirilməsi də bu baxımdan əhəmiyyətli hadisədir. Rəsmi məlumatda davurğulandığı kimi, təhlükəsizlik şuraları arasında əməkdaşlığın inkişafıTürk dünyasında inteqrasiya prosesinin siyasi, iqtisadi və mədənisahələrlə yanaşı, strateji təhlükəsizlik istiqamətində də dərinləşdiyinigöstərir.
Bu gün Türk dünyası qarşısında yeni imkanlar açılır. Qarşılıqlı etimadınmöhkəmləndirilməsi, ortaq maraqların daha aydın müəyyənləşdirilməsivə mövcud potensialın səfərbər edilməsi TDT-nin beynəlxalq sistemdəkirolunun daha da artmasına şərait yarada bilər. Prezident İlham Əliyevinçıxışında ifadə olunan əsas fikir də məhz bundan ibarətdir: Türkdövlətlərinin malik olduğu imkanlardan maksimum istifadə etməkləqarşılıqlı əlaqələri daha yüksək səviyyəyə qaldırmaq və təşkilatıbeynəlxalq proseslərdə daha təsirli əməkdaşlıq platformasına çevirmək.
Azərbaycanın dövlət başçısının çıxışı bir daha göstərir ki, TürkDövlətləri Təşkilatının gələcəyi yalnız tarixi və mədəni yaxınlıqla deyil, həm də müasir dövrün konkret çağırışlarına birgə cavab verməkqabiliyyəti ilə müəyyənləşəcək. Bu baxımdan təhlükəsizlik, iqtisadiyyat, enerji, nəqliyyat, humanitar əməkdaşlıq, gənclər siyasəti və beynəlxalqhüquq kimi istiqamətlər vahid strateji xəttin müxtəlif tərkib hissələridir. Türk dövlətlərinin qarşılıqlı fəaliyyətinin genişlənməsi isə onların hərbirinin milli maraqlarının qorunması ilə yanaşı, ümumi Türk dünyasınınbeynəlxalq mövqelərinin möhkəmlənməsinə də yeni imkanlar yaradır.
Prezident İlham Əliyevin çıxışının mahiyyəti belə bir mühüm reallığıönə çıxarır: Türk dünyasının malik olduğu potensialın miqyasıböyükdür və bu potensialın gələcək nəticələri dövlətlər arasındahəmrəyliyin, qarşılıqlı etimadın və məqsədyönlü əməkdaşlığın nədərəcədə inkişaf etdirilməsindən asılı olacaq. Azərbaycanın təşəbbüslərivə fəal iştirakı isə bu prosesin mühüm istiqamətlərindən birini təşkiledir. Qarşıda duran məqsəd aydındır – mövcud əlaqələri daha dadərinləşdirmək, təhlükəsizlik və inkişaf üçün ortaq mexanizmlərigücləndirmək, xalqlarımız arasında tarixi və mənəvi bağları gələcəknəsillərə ötürmək və Türk Dövlətləri Təşkilatının beynəlxalqəməkdaşlıq sistemində imkanlarını daha dolğun şəkildə reallaşdırmaq.
Beləliklə, Bakı görüşündə səslənən fikirlər Türk dünyasının qarşıdakımərhələsinə dair mühüm siyasi və strateji istiqamətləri müəyyənləşdirir. Bu istiqamətlərin uğurla həyata keçirilməsi isə yalnız dövlətlərin deyil, bütün cəmiyyətlərin, xüsusilə gənc nəslin fəal iştirakı, ortaq dəyərlərəbağlılığı və qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi iləmümkün olacaq. Azərbaycan Prezidentinin çıxışı bu baxımdan həmmövcud reallıqların dəyərləndirilməsi, həm də gələcəyə yönəlmişəməkdaşlıq gündəliyinin ifadəsi kimi xüsusi əhəmiyyət daşıyır.
Nazim Əsədov,
Xəzər rayonu 256 nömrəli tam orta ümumtəhsil məktəbinin tarixmüəllimi


