AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin Naxçıvandan verdiyi müsahibə: yeni inkişaf mərhələsinin strateji istiqamətləri

Müsahibədən aydın olur ki, Naxçıvanın qarşısında yeni inkişaf mərhələsi dayanır. Bu mərhələnin əsas sütunlarını təhlükəsizlik, sənayeləşmə, enerji müstəqilliyi və ixracı, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, kənd təsərrüfatının inkişafı, turizm, sosial infrastruktur və tarixi-mədəni irsin qorunması təşkil edir.

Xüsusilə Zəngəzur dəhlizinin reallaşması Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə quru əlaqəsinin bərpası baxımından tarixi əhəmiyyət daşımaqla yanaşı, bölgənin beynəlxalq nəqliyyat və enerji xəritəsində mövqeyini də əhəmiyyətli dərəcədə dəyişə bilər. Prezidentin müsahibədə təqdim etdiyi yanaşmaya əsasən, gələcəkdə Naxçıvan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin qovşağında yerləşən, enerji istehsal və ixrac edən, sənaye və turizm imkanları genişlənən mühüm regional mərkəzə çevrilə bilər.

Bu baxımdan 11 avqust müsahibəsini yalnız Naxçıvanda görülən işlərin yekunu kimi deyil, həm də Azərbaycanın postmüharibə dövründə qarşıya qoyduğu yeni iqtisadi və geostrateji hədəflərin ifadəsi kimi qiymətləndirmək mümkündür. Naxçıvanın inkişafına dair təqdim olunan genişmiqyaslı layihələr və uzunmüddətli planlar Azərbaycanın regional inteqrasiya, enerji təhlükəsizliyi və nəqliyyat bağlantılarının genişləndirilməsi istiqamətində ardıcıl siyasətinin mühüm tərkib hissəsidir.

İsrayılov Amil,
Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatı məsləhətçi

Oxşar Xəbərlər

Back to top button