AnalitikaGündəmSiyasət

Struktur İslahatları və Naxçıvanın Yeni İdarəetmə Modeli

Naxçıvan Muxtar Respublikasının sürətli inkişafının və qlobal layihələrin effektiv icrasının təməlində Prezident İlham Əliyevin həyata keçirdiyi köklü struktur və kadr islahatları dayanır. İqtisadi resursların düzgün idarə edilməsi və vətəndaş məmnuniyyətinin təmin olunması üçün müasir idarəetmə sisteminin tətbiqi mütləq bir zərurət idi. Bu məqsədlə Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurda sınaqdan keçirilmiş Prezidentin xüsusi nümayəndəliyi institutunun Naxçıvanda da fəaliyyətə başlamasını təmin etmişdir. Bu yeni idarəetmə modeli bürokratik əngəllərin aradan qaldırılmasına və mərkəzi icra hakimiyyəti ilə qərarların operativ icrasına zəmin yaradır.

Prezident İlham Əliyev xüsusi olaraq qeyd edir ki, biz Qarabağda və Şərqi Zəngəzurda bu yeni idarəetmə sisteminin müsbət nəticələrini və üstünlüklərini açıq şəkildə gördük. Hazırda həmin bölgələrdə yaşayan 90 mindən çox insan bu üstünlüklərdən birbaşa bəhrələnir. Dövlət başçısının qərarı ilə eyni sistemin Naxçıvanda da tətbiqi bu üç bölgənin inzibati nöqteyi-nəzərdən konseptual şəkildə birləşdirilməsi və idarəetmənin eyni müasir standartlara gətirilməsi deməkdir. Həyata keçirilən bu siyasət regional idarəçilikdə şəffaflığı və effektivliyi maksimum səviyyəyə qaldırır.

Lakin bu islahatlar həyata keçirilərkən bölgənin qanunverici xüsusiyyətləri tam şəkildə qorunub saxlanılır. Prezident İlham Əliyev birmənalı şəkildə vurğulayır ki, bütün bu təkmilləşdirmə tədbirləri Naxçıvan Muxtar Respublikasının muxtar respublika statusu qalmaq şərti ilə həyata keçirilir. Məqsəd bölgənin statusunu dəyişmək deyil, mövcud idarəetmə qaydalarını günün tələblərinə və dövlətin sürətli inkişaf tempinə uyğunlaşdırmaqdır. Bu isə dövlət idarəçiliyində mükəmməl balansın və institusional davamlılığın sübutudur.

Prezident İlham Əliyev bu idarəetmə islahatlarının ali hədəfini də aydın şəkildə bəyan etmişdir. Kadr və struktur islahatları bilavasitə ona istiqamətlənmişdir ki, bu qədim diyar daim inkişaf etsin və burada yaşayan insanlar çox rahat, təhlükəsizlik və firavanlıq şəraitində həyat sürsünlər. Məhz dövlət başçısının bu insanyönümlü siyasəti Naxçıvanı gələcəyin ən dinamik və müasir inkişaf mərkəzlərindən birinə çevirməkdədir.

Aytac Şahverənli,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button