
Azərbaycan ilə Avropa İttifaqı arasındaəməkdaşlıq son illərdə keyfiyyətcə yenimərhələyə qədəm qoyub. Qarşılıqlı hörmətə, bərabərhüquqlu tərəfdaşlığa və ortaqmaraqlara əsaslanan münasibətlər təkcə siyasidialoqla məhdudlaşmır, eyni zamandaiqtisadiyyat, enerji, nəqliyyat, yaşıl inkişaf, təhlükəsizlik və humanitar sahələri də əhatəedir. Son dövrlərdə yüksək səviyyəli qarşılıqlısəfərlərin intensivləşməsi tərəflər arasındaetimadın möhkəmləndiyini və əməkdaşlığınstrateji məzmun qazandığını nümayiş etdirir.
Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyevin vurğuladığı kimi, “AvropaKomissiyası ilə Azərbaycan arasındamünasibətlərin çox mühüm mərhələsindəyik. Bu ilin martında biz Avropa İttifaqı ŞurasınınPrezidenti cənab Koştanı, sonra may ayında isəAvropa diplomatiyasının rəhbəri xanım Kallasıqəbul etdik. Bu gün isə Avropa KomissiyasınınPrezidenti bizimlədir“. Bu fikir Avropaİttifaqının ali rəhbərliyinin ardıcıl şəkildəAzərbaycana səfərlər etməsinin təsadüfiolmadığını, əksinə, ölkəmizin Avropa üçünetibarlı və strateji tərəfdaş kimi qəbul edildiyinigöstərir.
Müasir beynəlxalq münasibətlər sistemindəAzərbaycan geosiyasi mövqeyi, siyasi sabitliyivə iqtisadi potensialı ilə Avropa üçün mühümtərəfdaşlardan birinə çevrilib. Xüsusilə enerjitəhlükəsizliyi sahəsində ölkəmizin oynadığı rolson illərdə daha da artıb. Dünyada baş verəngeosiyasi dəyişikliklər fonunda Avropa İttifaqıetibarlı enerji mənbələrinin şaxələndirilməsinəxüsusi önəm verir. Bu baxımdan Azərbaycanınzəngin enerji ehtiyatları və müasir ixracinfrastrukturu Avropanın enerji təhlükəsizliyinəmühüm töhfə verir.
“Cənub Qaz Dəhlizi” layihəsi bu əməkdaşlığınən uğurlu nümunələrindən biridir. Azərbaycanqazının Avropa bazarına fasiləsiz çatdırılmasıhəm tərəfdaş ölkələrin enerji təminatınıgücləndirir, həm də ölkəmizin beynəlxalqnüfuzunu daha da artırır. Son illərdə qazixracının həcminin artırılması istiqamətində əldəolunan razılaşmalar Avropa İttifaqınınAzərbaycana olan etimadının göstəricisidir. Enerji əməkdaşlığı artıq yalnız təbii qazlaməhdudlaşmır. Xəzər dənizinin böyük bərpaolunan enerji potensialı, yaşıl enerji layihələrivə Qara dənizin dibi ilə çəkilməsi nəzərdətutulan elektrik kabeli kimi təşəbbüslər gələcəkəməkdaşlığın əsas istiqamətlərindən hesabolunur.
Azərbaycan Avropa İttifaqı ilə iqtisadiəlaqələrin genişləndirilməsinə də böyükəhəmiyyət verir. Qarşılıqlı ticarət dövriyyəsininartması, investisiya imkanlarının genişlənməsivə biznes mühitinin inkişaf etdirilməsi hər ikitərəfin maraqlarına cavab verir. Avropaşirkətləri uzun illərdir ki, Azərbaycanın müxtəlifsahələrində uğurla fəaliyyət göstərir vəölkəmizdə həyata keçirilən iri layihələrdə fəaliştirak edirlər. Eyni zamanda Azərbaycan daAvropa bazarına ixrac imkanlarınıgenişləndirərək iqtisadi əməkdaşlığın davamlıinkişafına töhfə verir.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq damünasibətlərin mühüm istiqamətlərindən biridir. Azərbaycan Şərqlə Qərbi birləşdirən mühümtranzit mərkəzi kimi öz mövqeyini getdikcədaha da gücləndirir. Orta Dəhlizin inkişafı, BakıBeynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və digər müasirnəqliyyat layihələri Avropa ilə Asiya arasındayükdaşımaların sürətlənməsinə şərait yaradır. Bu marşrutlar qlobal ticarət zəncirinin mühümhissəsinə çevrilərək Avropa İttifaqı üçün dəstrateji əhəmiyyət kəsb edir.
Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyatakeçirilən beynəlxalq nəqliyyat layihələri təkcəiqtisadi deyil, həm də siyasi baxımdanəməkdaşlığı gücləndirən amillər sırasındadır. Etibarlı logistika infrastrukturu Avropa şirkətləriüçün yeni imkanlar yaradır, regionun iqtisadiinkişafına müsbət təsir göstərir və Avrasiyanınmühüm nəqliyyat qovşağı kimi Azərbaycanınrolunu daha da artırır.
Siyasi dialoqun yüksək səviyyədə davametdirilməsi Azərbaycan ilə Avropa Komissiyasıarasında qarşılıqlı anlaşmanınmöhkəmlənməsinə xidmət edir. Ali səviyyəligörüşlər müxtəlif məsələlər üzrə açıq fikirmübadiləsi aparmağa, ortaq maraqlarınmüəyyənləşdirilməsinə və gələcək əməkdaşlıqistiqamətlərinin razılaşdırılmasına imkanyaradır. Bu görüşlər həm də tərəflərin bir-birininmövqeyinə hörmətlə yanaşdığını və qarşılıqlıfaydalı əməkdaşlıq modelini inkişaf etdirməkdəmaraqlı olduqlarını nümayiş etdirir.
Azərbaycan Avropa İttifaqı ilə münasibətlərinimilli maraqlar və qarşılıqlı hörmət prinsipləriəsasında inkişaf etdirir. Xarici siyasətdə balanslıvə praqmatik yanaşma ölkəmizə müxtəlifbeynəlxalq tərəfdaşlarla uğurlu əməkdaşlıqqurmağa imkan verir. Avropa Komissiyası iləəlaqələrin inkişafı da məhz bu siyasətin mühümistiqamətlərindən biridir.
Humanitar əməkdaşlıq, təhsil, elm, rəqəmsaltransformasiya, innovasiya və ətraf mühitinmühafizəsi sahələrində həyata keçirilən birgəproqramlar münasibətlərin daha dadərinləşməsinə şərait yaradır. Azərbaycangənclərinin Avropa universitetləri iləəməkdaşlıq imkanlarının genişlənməsi, elmitədqiqat layihələrinin həyata keçirilməsi və yenitexnologiyalar sahəsində tərəfdaşlığın inkişafıgələcək üçün möhkəm əsas formalaşdırır.
Qlobal çağırışlar fonunda tərəflər arasında iqlimdəyişiklikləri, yaşıl enerji keçidi və dayanıqlıinkişaf məsələləri də əməkdaşlığın prioritetistiqamətlərinə çevrilib. Azərbaycanın bərpaolunan enerji sahəsində həyata keçirdiyi irilayihələr Avropa İttifaqının yaşıl gündəliyi iləüst-üstə düşür və bu sahədə yeni tərəfdaşlıqimkanları yaradır. Xəzər regionunun yaşıl enerjipotensialının Avropaya çatdırılması həm enerjitəhlükəsizliyinə, həm də ekoloji məqsədlərinreallaşdırılmasına mühüm töhfə verə bilər.
Avropa Komissiyasının rəhbərliyininAzərbaycana ardıcıl səfərləri göstərir ki, tərəflərarasında əməkdaşlıq artıq yeni keyfiyyətmərhələsinə daxil olub. Bu münasibətlərqarşılıqlı etimad, siyasi dialoq və uzunmüddətlistrateji maraqlar üzərində qurulur. Enerjitəhlükəsizliyi, nəqliyyat dəhlizləri, iqtisadiəməkdaşlıq, yaşıl inkişaf və regional sabitliksahələrində birgə fəaliyyət gələcəkdə dəAzərbaycan ilə Avropa Komissiyası arasındaəlaqələrin daha da möhkəmlənəcəyinə və hər ikitərəf üçün yeni imkanlar yaradacağına güclüzəmin formalaşdırır.
Ramil Mirzəyev,
YAP Xətai rayon təşkilatının sədri



