
Hər il 26 iyun tarixində qeyd olunan AzərbaycanRespublikasının Silahlı Qüvvələri Günü xalqımızındövlətçilik tarixində xüsusi yer tutan, milli təhlükəsizliyimizin, müstəqilliyimizin vəsuverenliyimizin əsas təminatçısı olan AzərbaycanOrdusuna həsr edilmiş əlamətdar gündür. Bu tarix yalnızhərbi bayram deyil, həm də Azərbaycan dövlətininqüdrətinin, xalq-ordu birliyinin və milli həmrəyliyinintəntənəsinin ifadəsidir.
Azərbaycan Ordusunun əsası 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ƏlahiddəAzərbaycan Korpusunun yaradılması ilə qoyulmuşdur. Bununla da milli hərbi quruculuq prosesinin təməliatılmış, müstəqil dövlətin müdafiəsini təmin edəcəksilahlı qüvvələrin formalaşdırılmasına başlanılmışdır.
Müstəqilliyin bərpasından sonra Ermənistanın hərbitəcavüzü və ölkədə hökm sürən mürəkkəb ictimai-siyasivəziyyət güclü milli ordunun yaradılmasını zərurietmişdir. Ümummilli Lider Heydər Əliyevinhakimiyyətə qayıdışından sonra dövlət quruculuğununbütün sahələrində olduğu kimi, ordu quruculuğusahəsində də əsaslı islahatlara başlanılmışdır. Vahid komandanlıq sistemi yaradılmış, hərbi intizammöhkəmləndirilmiş, peşəkar zabit korpusununformalaşdırılması və ordunun maddi-texniki bazasınıngücləndirilməsi istiqamətində mühüm addımlaratılmışdır.
Bu siyasi kurs Prezident, Silahlı Qüvvələrin Ali BaşKomandanı cənab İlham Əliyev tərəfindən uğurla davametdirilmişdir. Son illər ərzində həyata keçirilənməqsədyönlü siyasət nəticəsində Azərbaycan Ordusuregionun ən güclü ordularından birinə çevrilmiş, müasirsilah sistemləri ilə təchiz edilmiş, döyüş hazırlığı vəpeşəkarlıq səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir. Müdafiə sənayesinin inkişafı, beynəlxalq hərbiəməkdaşlığın genişləndirilməsi və müasirtexnologiyaların tətbiqi Azərbaycan Ordusununqüdrətini daha da artırmışdır.
Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı və qardaşlığıda ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsindəmühüm rol oynamışdır. İki qardaş dövlət arasında hərbisahədə əməkdaşlıq regionda təhlükəsizliyin və sabitliyinmöhkəmləndirilməsinə xidmət edən mühüm amillərdənbirinə çevrilmişdir. Şuşa Bəyannaməsinin imzalanmasıilə bu münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlmiş vəyeni strateji mərhələyə qədəm qoymuşdur.
Azərbaycan Ordusunun gücü və peşəkarlığı 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi zamanıbütün dünyaya nümayiş etdirildi. 2020-ci il sentyabrın27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavabolaraq başlayan əks-hücum əməliyyatları qısa müddətdəAzərbaycanın hərbi üstünlüyünü ortaya qoydu. Ali BaşKomandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilənuğurlu hərbi əməliyyatlar nəticəsində işğal altında olantorpaqlarımızın böyük hissəsi azad edildi, Ermənistanordusunun uzun illər ərzində qurduğu müdafiəistehkamları darmadağın edildi.
44 gün davam edən Vətən müharibəsi Azərbaycanınhərb tarixində yeni bir dövrün başlanğıcı oldu. Azərbaycan əsgəri döyüş meydanında misilsizqəhrəmanlıq, vətənpərvərlik və peşəkarlıq nümayişetdirdi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri, Hadrut qəsəbəsi və yüzlərlə yaşayış məntəqəsi işğaldanazad edildi. Ordumuzun əldə etdiyi uğurlar müasir döyüştaktikasının, yüksək hazırlığın və güclü siyasirəhbərliyin nəticəsi idi.
Vətən müharibəsinin kulminasiya nöqtəsiAzərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərininazad olunması oldu. Azərbaycan xüsusi təyinatlılarınınmisilsiz qəhrəmanlığı nəticəsində 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildi. Bu tarixi hadisəmüharibənin taleyini həll edən əsas amillərdən biriolmaqla yanaşı, xalqımızın milli qürurunun və tarixiədalətin bərpasının rəmzinə çevrildi.
Vətən müharibəsinin əsas simvollarından biri kimitarixə düşən “Dəmir Yumruq” ifadəsi Azərbaycanxalqının sarsılmaz birliyini, dövlətin qətiyyətini vəordumuzun yenilməz gücünü təcəssüm etdirirdi. Prezident İlham Əliyevin ifadə etdiyi “Dəmir Yumruq” siyasəti xalq, dövlət və ordunun vahid məqsəd ətrafındabirləşdiyini nümayiş etdirdi. Bu birlik nəticəsindəAzərbaycan öz ərazi bütövlüyünü bərpa etdi vəbeynəlxalq hüququn norma və prinsiplərinin icrasını özütəmin etdi.
Müharibənin nəticəsi olaraq Ermənistan kapitulyasiyaxarakterli 10 noyabr 2020-ci il bəyanatını imzalamağaməcbur oldu və Azərbaycanın tarixi Zəfərirəsmiləşdirildi. Sonrakı dövrdə isə Azərbaycan dövlətiazad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuqişlərinə başladı, təhlükəsizlik tədbirlərini gücləndirdi vədövlət suverenliyinin tam təmin olunması istiqamətindəardıcıl addımlar atdı.
Bu gün Azərbaycan Silahlı Qüvvələri regionun əngüclü hərbi qüvvələrindən biri olmaqla yanaşı, dövlətimizin müstəqilliyinin, suverenliyinin və milli maraqlarının etibarlı təminatçısıdır. Ordumuzun əldəetdiyi tarixi nailiyyətlər Azərbaycanın beynəlxalqnüfuzunun yüksəlməsinə, regional güc kimi mövqeyinindaha da möhkəmlənməsinə mühüm töhfə vermişdir.
26 İyun – Azərbaycan Respublikasının SilahlıQüvvələri Günü münasibətilə bütün hərbi qulluqçuları, müharibə veteranlarını, qazilərimizi, şəhid ailələrini vəAzərbaycan Ordusunun sıralarında xidmət edən hər birəsgər və zabiti ürəkdən təbrik edir, onlara möhkəmcansağlığı, şərəfli xidmət və yeni uğurlar arzulayırıq.
Azərbaycan Ordusu xalqımızın qürur mənbəyi, dövlətimizin qüdrət rəmzi, müstəqilliyimizin vəsuverenliyimizin əbədi təminatçısıdır.
Yaşasın Azərbaycan Ordusu!
Yaşasın Müzəffər Ali Baş Komandan!
Yaşasın müstəqil, güclü və qalib Azərbaycan!
Kamran Quliyev,
YAP Yasamal rayon “Moskva pr. 67” ünvanı(ADSEA) üzrə
ərazi partiya təşkilatının sədr müavini



