AnalitikaGündəmSiyasət

Şanlı ordumuzun sarsılmaz əbədi gücü

Hər bir xalqın tarixi onun milli kimliyinin, dövlətçilikiradəsinin sarsılmaz ruhunun sınaq meydanıdır. Azərbaycan xalqı əsrlər boyu dövlətçilik ənənələrinigöz bəbəyi kimi qorumuş, hər bir tarixi sınaqdanalnıaçıq, üzüağ çıxaraq öz müstəqillik ideallarına sadiqqalmışdır. Bu gün fəxrlə qeyd etdiyimiz 26 İyunAzərbaycan Respublikasının Silahlı Qüvvələri Günü, məhz bu milli gücün, sarsılmaz iradəmizin Azərbaycan Türkünün qanında daşıdığı qəhrəmanlıqgeninin, rəşadətin ən ali təntənəsidir.

Dövlət quruculuğumuzun milli təhlükəsizliyimizinəsas zəmanəti güclü, nizam-intizamlı modern birordunun mövcudluğudur. Əsası 1918-ci ildə Şərqin ilkdemokratik respublikası olan Azərbaycan XalqCümhuriyyəti dövründə qoyulan, lakin ÜmummilliLiderimiz Heydər Əliyevin uzaqgörən siyasəti, hərbitəhsil islahatları müdrik strateji addımları iləyenidən formalaşaraq polad təməllər üzərində qurulanordumuz, bu gün nəinki regionun, dünyanın ən qüdrətli döyüş qabiliyyətli hərbi qüvvələrindən birinəçevrilmişdir. Bu tarixi inkişaf sarsılmaz güc təsadüfideyildir; bu, dövlətimizin düşünülmüş, qətiyyətli, müstəqil sırf milli maraqlara söykənən daxili xarici siyasətinin məntiqi nəticəsidir.

Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrimizin AliBaş Komandanı Cənab İlham Əliyevin rəhbərliyialtında son iyirmi ildə həyata keçirilən sistemli stratejiislahatlar, ordumuzun ən müasir hərbi-texnolojinailiyyətlərlə modernləşdirilməsi yerli hərbisənayemizin gücləndirilməsi Azərbaycanı qlobalmiqyasda söz sahibi olan bir dövlətə çevirdi. XüsusiləVətən müharibəsindən sonra yaradılan ən çətinrelyeflərdə belə düşmənə göz açdırmayanKomandobriqadaları ordumuzun hərbi doktrinasını tamamiləyeni mərhələyə daşımışdır.

Cənab Prezidentimizin həm diplomatik masadanümayiş etdirdiyi dəmir iradə, həm informasiyamüharibəsində xalqımızın haqq səsini dünyayaçatdıran sarsılmaz qətiyyəti, sərkərdəlik məharəti iləbirləşərək xalq-ordu-rəhbər birliyiniDəmir Yumruqhalında təsbit etdi. Məhz bu monolit birlik bizətariximizin ən böyük zəfərlərini yaşatdı. 44 günlükVətən Müharibəsi cəmi 23 saat ərzində uğurlatamamlanan lokal antiterror tədbirləri dövlətimizinbaşçısının strateji zəkası sayəsində dünya hərb tarixinəqızıl hərflərlə yazılan şanlı bir hərbi salnamə oldu.

Azərbaycan Türkünün döyüşkən ruhu, sarsılmaz vətənsevgisi əyilməz qəddi bu müqəddəs mübarizədəbütün dünyaya bir daha nümayiş etdirildi. Biz Şahİsmayıl Xətainin sərkərdəlik ruhu, Cavad xanınrəşadəti, Mübarizlərin fədakar şəhidlərimizinqəhrəmanlıq dastanları ilə böyüyən, torpağının hərqarışını canından əziz bilən ulu bir millətinövladlarıyıq. Səngərdə aslan kimi çarpışan əsgərimizinfədakarlığı, Azərbaycan Türkünün tarixi ədaləti bərpaetmək qüdrətinin heç bir xarici təzyiqə, heç birqüvvəyə baş əyməyəcəyinin əbədi rəmzidir. Şuşada, Xankəndidə, Xocalıda, Laçında azad edilmiş bütüntarixi torpaqlarımızda vüqarla dalğalanan üçrənglimüqəddəs bayrağımız bu gücün şahididir.

Bu böyük Zəfər, eyni zamanda, bütün Türk dünyasınınbirliyinin, qardaşlığının sarsılmaz gücünün əyanisübutudur. Şuşa Bəyannaməsi ilə müttəfiqlik zirvəsinəucalan Azərbaycan-Türkiyə qardaşlığı TürkDövlətləri Təşkilatı çərçivəsində dərinləşən inteqrasiyaprosesləri göstərir ki, Azərbaycan Silahlı Qüvvələrininəldə etdiyi bu tarixi qələbə Türk dünyasını geosiyasiməkanda yenidən birləşdirmiş gələcək Türkbirliyinin sarsılmaz təməl daşına çevrilmişdir.

Bu gün artıq başıuca, müzəffər qalib bir xalq olaraqhər birimizin, xüsusən biz gənclərin üzərinə düşənən böyük vətəndaşlıq borcu Ali Baş Komandanımızınətrafında polad bir yumruq kimi sıx birləşməkdir. Qazandığımız bu tarixi möhtəşəm qələbələri gözbəbəyimiz kimi qorumalı, dövlətimizin qüdrətinirəqəmsal innovasiyalarda, elmdə, təhsildə, ideolojicəbhədə azad olunmuş torpaqlarımızın böyükquruculuq işlərində daha da ucaltmalıyıq. Biz, uluəcdadlarımızın tarixi yurdu olan Qərbi Azərbaycanaqayıdış məfkurəsini məhz bu intellektual milligüclə reallığa çevirəcəyik. Biz, Azərbaycan xalqı onun ön sıralarında addımlayan gəncliyi olaraq güclüdövlətimizlə, rəşadətli ordumuzla qətiyyətlirəhbərimizlə sonsuz dərəcədə fəxr edirik!

Bu müqəddəs bayram günündə, canlarını Vətən dövlət naminə fəda etmiş əziz şəhidlərimizi dərinrəhmət ehtiramla yad edir, qazilərimizə ucaTanrıdan şəfalar diləyirəm. Sərhədlərimizin keşiyindəmərdliklə dayanan, xalqımıza qələbə sevinci milliqürur bəxş edən şanlı, rəşadətli Azərbaycan Ordusununhər bir üzvünü ürəkdən təbrik edirəm!

Dövlətimiz uca, ordumuz müzəffər, birliyimiz əbədiolsun! Silahlı Qüvvələr Günümüz mübarək!

 

Elgün Rüstəmli,
YAP Yasamal rayon təşkilatının gənc fəalı

Oxşar Xəbərlər

Back to top button