AnalitikaGündəmOrdu

Zəfər Muzeyləri: Tarixi Qələbənin Yaddaş Məkanı

Azərbaycan xalqının qəhrəmanlıq tarixinin, milli mübarizə ruhunun və əldə etdiyi möhtəşəm qələbələrin gələcək nəsillərə çatdırılmasında muzeylərin xüsusi rolu vardır. Xüsusilə Vətən müharibəsində qazanılmış tarixi Zəfərin əbədiləşdirilməsi məqsədilə yaradılan Zəfər muzeyləri xalqımızın şanlı hərb tarixini yaşadan mühüm mədəniyyət və yaddaş ocaqları kimi böyük əhəmiyyət daşıyır.

Zəfər muzeylərinin yaradılmasının əsas məqsədi Azərbaycan Ordusunun qəhrəmanlıq yolunu, şəhidlərimizin fədakarlığını, qazilərimizin şücaətini və xalqımızın milli birlik nümayiş etdirərək qazandığı tarixi qələbəni gələcək nəsillərə çatdırmaqdır. Bu muzeylər yalnız eksponatların nümayiş olunduğu məkanlar deyil, həm də vətənpərvərlik hisslərinin aşılandığı, milli qürur və dövlətçilik şüurunun formalaşdırıldığı mühüm ideoloji mərkəzlərdir.

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq dünya hərb tarixində xüsusi yer tutmuşdur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyü böyük ölçüdə bərpa edilmiş, xalqımızın uzun illər davam edən həsrətinə son qoyulmuşdur. Bu şanlı qələbənin əbədiləşdirilməsi məqsədilə yaradılan Zəfər muzeyləri həmin dövrün hadisələrini, döyüş əməliyyatlarını və qəhrəmanlıq nümunələrini əks etdirən zəngin materialları özündə birləşdirir.

Muzeylərdə nümayiş etdirilən hərbi texnika nümunələri, döyüşlər zamanı istifadə edilmiş silah və sursatlar, hərbi geyimlər, fotoşəkillər, sənədlər və digər eksponatlar ziyarətçilərə Vətən müharibəsinin tarixi haqqında ətraflı məlumat verir. Eyni zamanda, şəhidlərimizin həyat və döyüş yolunu əks etdirən materiallar onların qəhrəmanlığının gələcək nəsillər tərəfindən unudulmamasına xidmət edir.

Zəfər muzeyləri gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. Burada nümayiş etdirilən eksponatlar və təqdim olunan məlumatlar gənclərdə dövlətə sədaqət, milli dəyərlərə bağlılıq və Vətənə xidmət hisslərinin güclənməsinə töhfə verir. Bu baxımdan Zəfər muzeyləri yalnız tarixi keçmişin deyil, həm də gələcəyin formalaşmasına xidmət edən mühüm təhsil və tərbiyə mərkəzləri hesab olunur.

Bu gün Zəfər muzeyləri Azərbaycan xalqının qələbə ruhunun, milli birliyinin və dövlətçilik iradəsinin simvoluna çevrilmişdir. Həmin muzeylərdə qorunan hər bir eksponat xalqımızın şərəfli tarixinin ayrılmaz hissəsidir. Tarixi həqiqətlərin yaşadılması, qəhrəmanlıq ənənələrinin təbliği və milli yaddaşın qorunması baxımından Zəfər muzeylərinin fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın şanlı hərb tarixini yaşadan Zəfər muzeyləri xalqımızın qəhrəmanlıq salnaməsini gələcək nəsillərə çatdıran, dövlətçilik ənənələrini möhkəmləndirən və milli qürur hissini gücləndirən mühüm mədəni irs məkanları kimi öz missiyasını uğurla yerinə yetirməkdədir.

Aytac Axundova,
YAP Xətai rayon təşkilatnın fəalı

Oxşar Xəbərlər

Back to top button