
Azərbaycanın idman salnaməsinə daha bir şərəfli səhifə əlavəolundu. Bu dəfə də uğurun mərkəzində əzmkarlıq, qətiyyət vəmilli ruhun parlaq təcəssümü olan güləş dayanırdı. Albaniyanınpaytaxtı Tirana şəhərində keçirilən Avropa çempionatındaAzərbaycan güləşçiləri komanda hesabında birinci yerəyüksələrək bir daha nümayiş etdirdilər ki, qalibiyyət bu xalqınxarakterindədir.
Bu böyük nailiyyətdən sonra Azərbaycan RespublikasınınPrezidenti cənab İlham Əliyev idmançılar və onların məşqçiləriilə görüşərək hər birinin zəhmətini yüksək dəyərləndirdi. Dövlət başçısının sözləri bu uğurun mahiyyətini dəqiq ifadəedir: “Bu qələbə bizim hamımızı sevindirdi.” Hər bir medalınarxasında illərlə davam edən zəhmət, yorucu məşqlər vəsarsılmaz inam dayanır. Azərbaycan güləş məktəbi uzunmüddətdir ki, öz gücünü təsdiqləyir və bu nəticələr heç dətəsadüfi deyil. Dövlət başçısının vurğuladığı kimi, bu gün həmAvropa, həm də dünya miqyasında rəqabət son dərəcəkəskindir. Belə bir şəraitdə zirvəyə yüksəlmək yalnız güclü vəhazırlıqlı idmançılara nəsib olur. “Mübarizə çox gərgin idi. Bizim idmançılarımız öz peşəkarlığını göstərərək rəqibləriədalətli mübarizədə məğlub etmişlər.” Bu fikirlər Azərbaycanidmançısının xarakterini – dürüstlük, peşəkarlıq və qalibiyyətəzmini aydın şəkildə əks etdirir.
İdmanın ən duyğulu anı isə bayrağın ucaldılması, himninsəsləndirilməsi və milyonlarla insanın eyni hissləripaylaşmasıdır. Bu anlar yalnız idman uğuru deyil, həm də millikimliyin və dövlətçilik şüurunun təntənəsidir. “Hər dəfəbeynəlxalq yarışlarda bizim bayrağımız qaldırılanda bütünAzərbaycan xalqı qürur hissi keçirir.” Bu qürur yalnız bu günündeyil, gələcəyin də təminatıdır. Bu ruhla böyüyən gənclərsabahın qaliblərinə çevrilir. Azərbaycan idmanında diqqəti cəlbedən əsas məqamlardan biri də davamlılıqdır. Keçmişçempionlar bu gün gənc nəslin formalaşmasında mühüm roloynayır. Bu isə artıq sadəcə idman deyil, bütöv bir məktəb, ənənə və dəyərlər sistemidir.
Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “İndi isəonların yetirmələri bizi sevindirir.” Bu ardıcıllıq Azərbaycanidmanının möhkəm təməllər üzərində qurulduğunu göstərir. Əldə olunan uğurlar sistemli və məqsədyönlü dövlət siyasətininnəticəsidir. Regionlarda yaradılan müasir idman infrastrukturu, keçirilən beynəlxalq yarışlar və idmançılara göstərilən diqqətbu sahəyə verilən yüksək önəmin göstəricisidir. Bu günAzərbaycan yalnız yarışlarda qalib gələn ölkə deyil, həm dəbeynəlxalq idman ictimaiyyətinin etibarlı və güclü üzvüdür.
Albaniyada qazanılan bu uğur bir daha sübut edir ki, Azərbaycan idmanı inkişaf və yüksəliş mərhələsindədir. Buinkişaf təkcə idman arenaları ilə məhdudlaşmır, xalqın ruhunda, gənclərin düşüncəsində və dövlətin gücündə öz əksini tapır. Azərbaycan güləşçiləri bir daha nümayiş etdirdilər ki, qələbətəsadüf deyil – o, zəhmətin, inamın və milli ruhun nəticəsidir. Bu uğurun mühüm tərəflərindən biri də ölkənin idmancoğrafiyasının genişlənməsidir. Artıq təkcə paytaxt deyil, regionlar da böyük nailiyyətlərin əsas mənbəyinə çevrilir. Müasir Olimpiya kompleksləri və yaradılan şərait sayəsindəucqar bölgələrdən belə istedadlı gənclər üzə çıxaraq beynəlxalqarenalarda ölkəmizi layiqincə təmsil edirlər. Bu proses idmanınkütləviliyini artırmaqla yanaşı, sosial inkişafı sürətləndirir, gəncləri sağlam həyat tərzinə yönəldir və cəmiyyətin ümumirifahına müsbət təsir göstərir.
Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəalı



