
Azərbaycan güləş məktəbi həm tarixi kökləri, həm də müasir uğurları ilə dünyanın ən güclümərkəzlərindən biri hesab olunur. Respublikamızmüstəqillik qazandıqdan sonra beynəlxalq arenada ən böyük uğurlarını məhz güləş sahəsində əldə edib. Bu, sadəcə idman deyil, həm də bir məfkurədir. Azərbaycan güləşçisi “mərdlik”, ”güc” və ”təvazökarlıq” rəmzi hesab olunur. Güləşə maraq hər bir regionlarımızda uşaq yaşlarından başlayır.Azərbaycanda güləşin niyə bu qədər populyar olduğunu anlamaq üçün onun sadəcə bir idman növüdeyil, xalqın mədəni bir parçası olduğunu görmək deməkdır. Bu sevgini formalaşdıran dərin səbəblər var.
Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında Azərbaycan millisinin Avropa çempionu olması güləşçilərimizin qitənin ən güclüoyunçuları olduqlarını bir daha təsdiqlədi. Yunan-Roma sərbəst güləşi üzrə yığmamız Avropanı fəth etdi. Albaniyada uğur qazanan idmançılarımız ən yaxşınəticələr əldə edibək Vətənə döndülər. Azərbaycan əvvəlki illərdə olduğu kimi, komanda hesabında Avropa çempionu olaraq 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazandı.
Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmışidmançıları və onların məşqçilərini qəbul edib.Prezidenti İlham Əliyev görüşdə idmançılara ünvanlanan səmimi söhbətdə bildirdi: “Bu qələbəbizim hamımızı sevindirdi. Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər. Avropa çempionatında komanda hesabında birinci olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Xüsusilə nəzərəalsaq ki, bu gün həm dünyada, həm Avropada güləşüzrə mübarizə daha gərgin keçir, bir çox ölkələrdən olan tanınmış güləşçilər böyük nəticələr göstərirlər vəmübarizə də çox gərgin idi. Bəzi yarışları mən dəizləmişəm və görmüşəm ki, bizim idmançılarımız öz peşəkarlığını göstərərək rəqibləri ədalətli mübarizədəməğlub etmişlər”.
Güləş Azərbaycanda strateji idman növü hesabolunur. Regionların demək olar ki, hər birində müasirgüləş zallarının olması, peşəkar məşqçi korpusununformalaşması bu idmanın kütləviliyini təmin edir. Dövlət dəstəyi sayəsində Azərbaycan dünya güləşininmərkəzlərindən birinə çevrilib. Bu dəstək sayəsindəAzərbaycan güləşi artıq bir ”məktəb” formasına düşüb. İdmançılarımız bilirlər ki, onların arxasında güclü birdövlət dayanıb və qazandıqları hər bir qələbə həmmənəvi, həm də maddi cəhətdən layiqincəqiymətləndirilir. Azərbaycanda güləşin bir ”milli idman növü” statusuna yüksəlməsində dövlətin həyatakeçirdiyi sistemli siyasət və genişmiqyaslı dəstəkproqramları həlledici rol oynayır. Bu dəstəyi bir neçəəsas istiqamətdə qruplaşdırmaq olar. Bu gün ölkənindemək olar ki, bütün rayonlarında müasiravadanlıqlarla təchiz olunmuş komplekslər fəaliyyətgöstərir.
Azərbaycan Respublikasının Prezidenti və Milli Olimpiya Komitəsinin (MOK) rəhbəri İlham Əliyevin idman siyasəti, müasir Azərbaycan tarixinin ən parlaq səhifələrindən birini təşkil edir. Bu fəaliyyət idmanısadəcə bir fiziki məşğuliyyət səviyyəsindən çıxararaq, onu milli strategiya, xalqın sağlamlığı və dövlət nüfuzusəviyyəsinə qaldırıb. Cənab Prezident güləşçilərlə olan görüşüdə onu da vurğuladı ki:”…Mənim idmançılarla görüşlərim müntəzəm xarakter daşıyır. 30 ilə yaxın müddət ərzində Azərbaycan Olimpiya Komitəsinərəhbərlik edirəm. Bu 30 ilə yaxın müddət ərzində, əlbəttə ki, bir çox müsbət məqamlar olub. Əsas odur ki, idmanın dayanıqlı inkişafı, uğurlarımızın ardıcıl şəkildə davam etməsi və gənc nəslin yetişməsi – hər şey mənim gözümün önündə keçib. Görün, neçə nəsil dəyişib, amma bu gün biz yenə də uğurlarla fəxr edirik. Əsas budur və əminəm, həm Güləş Federasiyası, həm bizim digər federasiyalarımız gələcəkdə öz işlərini eləquracaqlar ki, Azərbaycan xalqı idman yarışlarına baxanda daim sevinc hissləri keçirsin”.
Beynəlxalq arenalarda bayrağımızın ucaldılmasıgənclərə öz dövləti ilə qürur duymaq hissi aşılayır. Bu ruh, xüsusilə Vətən müharibəsindəki şanlı zəfərimizləvəhdət təşkil edərək, Azərbaycanın “qalib millət” obrazını tamamlayır. İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərliyi dövrü Azərbaycan idmanının “Qızıl Dövrü” kimi xarakterizə olunur. Bu dövr ərzində formalaşan infrastruktur və yetişən peşəkar nəsil Azərbaycanın hələ uzun illər dünya idman elitasında öz mövqeyini qoruyub saxlayacağına zəmanət verir.
Dünyanın ən böyük arenalarında minlərlə əcnəbinin ayağa qaldıran idman eyni zamanda ən böyük diplomatiyadır. Azərbaycan himnini dinləməsi ölkəmizin nüfuzunu və gücünü bütün dünyaya nümayiş etdirir, gənc nəsildə vətənpərvərlik hissini gücləndirir. Bayrağımızın ən yüksək zirvəyə qalxması və himnimizin səslənməsi sadəcə bir idman qələbəsi deyil, bir millətin birliyinin, əzminin və dünyadakı varlığının təsdiqidir. Bu qürur hissini bizə yaşatmasında güləşçilərimizin rolu misilsizsizdir.
Afaq Sadıqova,
Bakı Dövət Universitetinin elmi işçisi



