
“Prerzident İlham Əliyev və Çex RespublikasınınBaş naziri Andrey Babiş arasında arasında keçiriləngörüş və səsləndirilən birgə bəyanatlarAzərbaycan–Çexiya münasibətlərinin yeni keyfiyyətmərhələsinə daxil olmaq potensialını ortaya qoyur“.
Keçirilən görüşlər və imzalanan sənədlər onu göstərirki, Azərbaycan ilə Çex Respublikası arasındamünasibətlər yüksələn xətt üzrə inkişaf edir. Siyasidialoqun fəal olması tərəflər arasında qarşılıqlı etimadıgücləndirir və müxtəlif sahələrdə əməkdaşlıq üçünəlverişli zəmin yaradır. Prezident bəyanatında qeydetdi ki, hazırda ölkələr arasında çox fəal siyasi dialoqmövcuddur və regional, ikitərəfli, eləcə də qlobalxarakterli məsələlər ətrafında geniş fikir mübadiləsiaparılıb.
“Siyasi dialoqun intensivləşməsi iki ölkə arasındaqarşılıqlı etimadın artdığını göstərir. Görüşünməhsuldar keçməsi və müxtəlif səviyyələrdəmüzakirələrin aparılması onu deməyə əsas verir ki, Bakı və Praqa arasında münasibətlər artıq daha sistemlixarakter almağa başlayır. Bu, Azərbaycanın Avropa iləəlaqələrində yeni tərəfdaşlarla işləmək strategiyasınauyğun gəlir, eyni zamanda Çexiyanın da CənubiQafqaz regionuna marağının artdığını göstərir.
İqtisadi sahədə verilən mesajlar isə xüsusilə praktikəhəmiyyət daşıyır. Ticarət dövriyyəsinin artmasımüsbət göstəricidir, lakin onun strukturununtəkmilləşdirilməsi ilə bağlı irəli sürülən yanaşmagələcək əməkdaşlığın daha dayanıqlı əsaslar üzərindəqurulmasına xidmət edir. Çex iş adamlarının geniştərkibdə səfərdə iştirakı və biznes forumun təşkiligöstərir ki, tərəflər konkret layihələrə keçid etməkniyyətindədir. Bu isə sənaye, texnologiya vəinvestisiya sahələrində yeni imkanlar yarada bilər“.
Energetika əməkdaşlığı münasibətlərin əsasdayaqlarından biri olaraq qalır və bu sahədə tərəflərarasında formalaşmış etibarlı tərəfdaşlıq yenimərhələdə daha da dərinləşə bilər:
“Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəoynadığı rol fonunda Çexiya ilə əlaqələrin inkişafıyalnız ikitərəfli deyil, həm də daha geniş regionalkontekstdə əhəmiyyət daşıyır. Bu əməkdaşlıq enerjitəchizatının sabitliyi ilə yanaşı, uzunmüddətli stratejiplanlaşdırma baxımından da önəmlidir.
Cənab Prezident tərəfindən müdafiə sənayesiistiqamətində səsləndirilən fikirlər isə münasibətlərinperspektivlərini daha da genişləndirir. Mövcudəməkdaşlığın yeni mərhələdə birgə istehsal vətexnoloji tərəfdaşlıq səviyyəsinə yüksəlməsiAzərbaycan üçün sənaye potensialının gücləndirilməsi, Çexiya üçün isə yeni bazarlara çıxış baxımındanəhəmiyyətlidir. Bu sahədə qarşılıqlı təcrübə mübadiləsivə birgə layihələr uzunmüddətli əməkdaşlığın əsaselementlərindən birinə çevrilə bilər“.
Bu səfər və verilən bəyanatlar göstərir ki, Azərbaycanvə Çexiya münasibətləri daha praqmatik vənəticəyönümlü müstəviyə keçir:
“Qarşılıqlı siyasi iradə və iqtisadi maraqların uzlaşmasıfonunda tərəflərin əməkdaşlığı genişləndirmək üçünreal imkanları mövcuddur. Bu isə yaxın perspektivdəiki ölkə arasında əlaqələrin həm keyfiyyət, həm dəmiqyas baxımından əhəmiyyətli dərəcədə inkişafedəcəyini göstərir“.
Prezident İlham Əliyevin rəhbərliyi ilə AzərbaycanŞərq ilə Qərb, həmçinin Şimal ilə Cənub arasındaetibarlı və təhlükəsiz tranzit imkanları təqdim edərəkstrateji məkana çevrilib və etibarlı tərəfdaş kimibeynəlxalq mövqeyini gücləndirib. Bu səfərinin isəqarşılıqlı iqtisadi əməkdaşlığın genişlənməsinə, yeniinvestisiya imkanlarının yaranmasına və əlaqələrininkişafına təkan verəcəyi şübhə doğurmur.
YAP Xətai rayon təşkilatının əməkdaşı Məmmədova Yeganə


