
18 fevral 2026-cı ildə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının Köhnəqışlaq kənd” Ərazi Partiya Təşkilatında seçki yığıncağı keçirilib.
Aktualinfo.az xəbər verir ki, ilk öncə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yığıncaqda YAP Ağstafa rayon təşkilatının sədr müavini Yalçın İsmayılov çıxış edərək bildirib ki, “Köhnəqışlaq kənd” Ərazi Partiya Təşkilatına yeni sədr müavinin seçilməsi üçün seçki yığıncağı təşkil olunub.
Partiya üzvlərinin səsverməsi nəticəsində “Köhnəqışlaq kənd” Ərazi Partiya Təşkilatına sədr müavini Zeynalova Günay Mətləb qızı seçilib.
YAP Ağstafa rayon təşkilatının əməkdaşları yeni seçilmiş sədr müavinin təbrik edərək, təşkilatın işlərində uğurlar arzulayıblar, iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıblar.









