AnalitikaGündəmSiyasət

Azərbaycan-Çin əlaqələri siyasi arenada örnək təşkil edir

Azərbaycan beynəlxalq əlaqələrində balanslaşdırılmış siyasi, iqtisadi xətt üzrə addımlayır. Bugün dünya ticarət bazarında böyük paya sahib olan Çin ilə əməkdaşlığımız uğurla davam etməkdədir. İki ölkə arasında əlaqələrin kökləri dərindi. Hər iki dövlət qarşılıqlı, faydalı əlaqələrin qurulmasında maraqlıdır.  Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir. Prezident İlham Əliyevin  Çin rəhbərliyi ilə görüşləri münasibətlərin inkişafında  yeni mərhələlərə aparır.  Azərbaycan və Çin arasındakı Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanatın mətninə nəzər yetirsək görərik ki, ikitərəfli əlaqələrin geniş gündəliyi var. Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir. Hər iki dövlət bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir.  Biz “Vahid Çin” siyasətini qətiyyətlə dəstəkləyirik. Tayvanda qeyri-qanuni seçkiləri ictimaiyyət qarşısında açıq şəkildə pisləyən ilk ölkələr sırasında olmuşuq. Bəyanatın digər hissəsi ticarət, daşımalar, xalqlararası əlaqələr, humanitar tərəfdaşlıq kimi çox sayda məsələləri əhatə edir. Əlbəttə ki, bu addım birgə təşəbbüsümüzün məhsuludur. Qeyd etməliyik ki, həmin sənədin mahiyyəti çox əhəmiyyətlidir. Buna görə həmin ölkə ilə Bəyanatın imzalanması Azərbaycan üçün həqiqətən mühüm nailiyyətdir.  Azərbaycan öz bölgəsində bir çox ölkə ilə və həmçinin bəzi Avropa ölkələri ilə Strateji Tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb. Çin ilə Bəyanat onların daxilində ən güclüsüdür. Məhz buna görə bu sənədin xüsusi vacibliyi bir daha göz qarşısındadır.

Ölkəmiz Sədr Sinin inkişaf, təhlükəsizlik və sivilizasiyalar ilə bağlı bir neçə təşəbbüsünə qoşulub. Bir sözlə, regional sabitlik, təhlükəsizlik və beynəlxalq münasibətlərin bir çox sahəsini əhatə etmişik. Müxtəlif məsələlər ətrafında fikir mübadiləsi apardığımız zaman Çinin mövqeyini bilmək hər zaman vacibdir.  Çinin nümunəsi, modernləşməsi və apardığı islahatlar bir çox ölkələri ilhamlandırır. Bu, ölkələrin həmin təcrübədən necə istifadə etməsindən, müxtəlif ölkə liderlərinin digər ölkələrin müsbət təcrübələrindən necə öyrənməsindən asılıdır. Çinin keçdiyi tərəqqi yolu bizim üçün ilham mənbəyi olmuşdur. Son illərdə keçirilən uğurlu islahatlar  bizə güclü iqtisadiyyat qurmağa kömək edib. Biz bu məsələ də hər zaman örnək dövlətlərin təcrübəsindən yararlanmağa səy göstərmişik. Bu gün Azərbaycanın xarici borcu ÜDM-in 7 faizindən azdır. Bizim mübadilə olunan valyuta ehtiyatlarımız xarici borcumuzdan 14 dəfə çoxdur. İşsizlik, yoxsulluq səviyyəsini 5 faizə endirərək iqtisadiyyatımızı şaxələndirmişik. Yaşıl gündəlik bizim üçün əsas prioritetlərdəndir. Çin burada çox mühüm rol oynayır.  Azərbaycanda quraşdırılmış Günəş panelləri Çində istehsal olunub. Müasir texnoloji yeniliklərin tətbiqində Çin dəyərli bir tərəfdaşdır. İki ölkə arasında bərpaolunan enerji istehsalı istiqamətində əməkdaşlıq genişləndirilir.

Bu vaxtadək Çin şirkətləri investorlarla, Azərbaycanın yaşıl enerjisinə sərmayə yatıran şirkətlərlə podratçı qismində çalışırdılar. Hələ ki, bizim imzaladığımız və icra fazasında olan müqavilələr bizə 2030-cu ilə qədər 6500 meqavat bərpaolunan enerji verəcək. Sadəcə, müqayisə üçün deyə bilərik ki, Azərbaycanın ümumi quraşdırılmış gücü 8 min meqavat təşkil edir. Beləliklə, beş ildən sonra  demək olar ki, elektrik enerjisinin bugünkü tutumunu iki dəfə artırmış olacağıq. 6 min meqavat Günəş və külək elektrik enerjisindən əldə olunacaq, 500 meqavat hidroelektrik stansiyalarından gələcək. Bu, bizim üçün həlledici olacaq. Çünki biz elektrik enerjisini istehsal etmək üçün əsasən təbii qazdan istifadə etməyi dayandıracağıq. Biz elektrik enerjisini bərpaolunan enerji resurslarından əldə edəcəyik. Təbii qazı beynəlxalq bazarlara ixrac etməklə çoxlu mənfəət əldə edilməsini qeyd etməliyik. Eyni zamanda, biz daxili ehtiyaclarımız üçün enerjiyə qənaət edəcəyik. Artıq küçələrdə hərəkət edən elektriklə işləyən 160 avtobus əldə etmişik. Biz əlavə 200 avtobusun alınması üçün podrat müqaviləsi bağlamışıq. Biz bu il Azərbaycanda ildə 500 avtobus istehsal etmək gücündə olan BYD-nin elektrik avtobuslarının birgə istehsalına başlayacağıq. Odur ki, bizim planımız Bakının ictimai nəqliyyat sistemini, sonra isə Azərbaycanın bütün digər şəhərlərini tamamilə yaşıl nəqliyyata çevirməkdir. Beləliklə, bizim bərpaolunan enerji resursları ilə bağlı ikitərəfli əlaqələr istiqamətində işləmək üçün həqiqətən də nadir fürsət var. Çünki bu məsələ bizim strategiyamıza və Çinin gündəliyinə uyğundur. Yeniliklərimizdən biri də hər bir pasport sahibi, hər bir sıravi vətəndaş üçün tamamilə vizasız rejimin tətbiq olunması ilə bağlı sənədin imzalanmasıdır.  Çin həqiqətən də idxal baxımından bir nömrəli və ticarət dövriyyəsi baxımından 4-cü tərəfdaşdır. Azərbaycan Çində 6 Ticarət Evi açıb.

Bu gün bizim hədəfimiz bərpaolunan enerji, nəqliyyat və istehsaldır. Azərbaycan coğrafi mövqeyi onu tranzit əlaqələrində ön plana çəkir. Ötən il Çinlə Azərbaycan arasında tranzit daşımalarında 86 faiz artım olub. Biz artıq qonşularımızla birlikdə yüklərin keçidini xeyli asanlaşdırmaq və sürətləndirmək üçün birgə müəssisə yaratmışıq. Məsələn, bu gün nəqliyyat infrastrukturu və həmçinin gömrüyümüzdə idarəetmədə islahatlar, o cümlədən rəqəmsallaşma ilə əlaqədar Çindən Azərbaycan vasitəsilə Qara dənizə yüklərin daşınma müddəti cəmi 10 gündən 12 günədəkdir. Bu, yalnız başlanğıcdır. Azərbaycan vasitəsilə nəqliyyat marşrutları həqiqətən də bu gün mövcud olan digər marşrutlar arasında ən təhlükəsiz, ən qısa və ən cəlbedici marşrutlardan biri olacaq. Biz Asiya və Avropa, habelə Şimal və Cənub arasında yerləşirik. Hər iki nəqliyyat dəhlizi Azərbaycan ərazisindən keçir. Ancaq həqiqətən tranzit ölkəyə çevrilmək üçün qonşu ölkələr və onların qonşuları ilə yaxşı münasibətlərə malik olmaq lazımdır. Məqsədimiz məhz budur. Əminliklə deyə bilərik ki, biz buna nail olmuşuq.

Mənzər Ağabəyova,
Xəzər rayonu, 156 nömrəli tam orta məktəbin tarix müəllimi,

Oxşar Xəbərlər

Back to top button