Zəfərimiz əbədi, Zəfər Günümüz mübarək olsun!
8 Noyabr – yaddaşımızdan silinməyəcək bir Tarix.
Qəhrəman Ordumuz Vətən Müharibəsinin 44 günündə misilsiz Qələbə qazandı! Möhtərəm Prezidentimiz, Cənab Ali Baş Komandan İlham Əliyevin inamla davam etdirdiyi uzaqgörən daxili və xarici siyasəti və verilmiş qərarları nəticəsində torpaqlarımızın 30 illik işğalına son qoyuldu və Vətənimizin ərazi bütövlüyü bərpa edildi !
Bu gün işğaldan azad edilən Vətən torpaqlarına başı dik, üzüağ, qürurlu bir vətəndaş kimi qədəm qoyuruq.! Və bizlərə qürur dolu bu tarixi bəxş edən Dövlətimizə, yenilməz Azərbaycan Ordusuna Vətən uğrunda canından keçən Şəhidlərimizin ruhuna əbədi borcluyuq.
Bu gün özünün ən qüdrətli və parlaq dövrünü yaşayan ölkəmizdə geniş vüsət alan müasir inkişaf prosesi, özəl sektorun və sahibkarlığın, elmin, təhsilin və səhiyyənin, mədəniyyətin və idmanın tərəqqisi, əhalinin sosial rifahının və həyat səviyyəsinin günbəgün yüksəldilməsi, azad edilmiş ərazilərimizdə aparılan intensiv bərpa-quruculuq işləri “Bizim sözümüz imzamız qədər keçərlidir”, – deyən Prezident İlham Əliyevin ötən dövrdə verdiyi vədləri öz əməlləri ilə gerçəkliyə çevrilməsinin əyani təcəssümüdür. Artıq tam əminliklə söyləyə bilərik ki, müstəqil, suveren Azərbaycan dövləti möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə özünün ən qüdrətli dövrünü yaşayır.
Torpaqlarımızı öz canları, qanları bahasına azad edən şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirik!
Bizlərə belə qürurlu, şərəfli günlər yaşadan hər bir qazimizə, əsgərimizə, zabitimizə bir ömür borcluyuq!
273 illik tariximizin ən böyük sərkərdəsi, 44 gün ərzində bizi qələbədən qələbəyə aparan Ali Baş Komandan, Azərbaycan var olduqca əbədi yaşayacaq müzəffər Sərkərdə, var olun!
Zəfərimiz əbədi, Zəfər Günümüz mübarək olsun!
Abbasova Yeganə,
YAP-ın fəalı