Analitika

Türk Dövlətləri Təşkilatının Zirvə görüşünün şüarının “Türk əsri” adlandırılması özlüyündə qarşıya qoyulan hədəfin göstəricisidir

“Qazaxıstanın paytaxtı Astana şəhərində Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü təşkilata üzv ölkələr arasında əlaqələrin gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Dövlət başçılarının çıxışlarında əməkdaşlığın gücləndirilməsinə xidmət edən təşəbbüslərin irəli sürülməsi birliyimizi gücləndirəcək amillərdir. Zirvə görüşünün şüarının “Türk əsri” adlandırılması özlüyündə qarşıya qoyulan hədəfin göstəricisidir”.

Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, son illərdə türk dövlətləri arasında əlaqələr bütün sahələrdə dinamik xarakter alıb. Dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf edir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Qeyd etmək lazımdır ki, Azərbaycan Türk dünyasının sıx birləşməsində, həmrəyliyində xüsusi rol oynayır. Ölkəmiz bu istiqamətdə hər zaman öz töhfəsini verib və bu gün də eyni xətt üzrə fəaliyyətini daha aktiv şəkildə davam etdirir.

Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü əslində türk tarixində yeni bir mərhələnin başlanğıcı olacaq. Türk Dövlətləri Təşki­latı gerçəkləşdirdiyi tədbirlərlə, gördü­yü əməli işlərlə bu anlamı daha geniş platforma və müstəvilərə daşımaqdadır. Bu gün Azərbaycanın və Türkiyənin ön­cüllüyü ilə qurum qlobal söz sahibinə çevrilir. Xüsusən Prezident İlham Əliyevin üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlığın daha da artması zərurətindən danışması artıq tamamilə yeni miqyasda proseslərin başlandığını göstərir.

Oxşar Xəbərlər

Back to top button