
Kəlbəcər Azərbaycanın zəngin tarixi, əsrarəngiz təbiəti və milli-mənəvi dəyərləriilə seçilən qədim diyarlarından biridir. Uca dağları, saf bulaqları, geniş yaylaqlarıvə füsunkar mənzərələri ilə seçilən bu torpaq xalqımızın yaddaşında hər zamanxüsusi yer tutub. Kəlbəcərin hər qarışında tariximizin izləri, xalqımızın zəhməti vədoğma yurda olan sonsuz sevgisi yaşayır. 25 Noyabr – Kəlbəcər Şəhəri Günü isəbu müqəddəs torpağın azadlığına qovuşmasının, milli iradəmizin və dövlətçilikəzmimizin təntənəsidir.
1993-cü ildə Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilən Kəlbəcər uzunillər doğma sakinlərinin həsrətinə çevrildi. Minlərlə insan öz evindən, xatirələrindən, ata-baba ocağından ayrı düşsə də, Kəlbəcərə qayıdış ümidi heç vaxtsönmədi. 2020-ci il noyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlusiyasət nəticəsində Kəlbəcər işğaldan azad edildi. Bu tarixi hadisə xalqımızınqəlbində böyük sevinc və qürur hissi yaratdı, tarixi ədalətin bərpasının növbətitəzahürü oldu.
Bu gün Kəlbəcərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri Azərbaycanıngücünü, inkişaf potensialını və gələcəyə inamını nümayiş etdirir. Yeni yollarınçəkilməsi, infrastrukturun yenilənməsi, yaşayış məntəqələrinin bərpası və sosialobyektlərin yaradılması Böyük Qayıdış prosesinin mühüm istiqamətlərindəndir. Dövlətimizin diqqət və qayğısı ilə Kəlbəcər yenidən dirçəlir, doğma sakinlərininqayıdışı üçün hərtərəfli şərait formalaşdırılır. Bu quruculuq prosesi həm də gələcəknəsillərə daha güclü və abad Azərbaycan miras qoymaq məqsədinə xidmət edir.
Gənc nəslin nümayəndəsi olaraq hesab edirəm ki, Kəlbəcərin azadlığı və dirçəlişihər bir azərbaycanlı üçün böyük qürur mənbəyidir. Bizim borcumuz bu tarixiqələbəni unutmamaq, şəhidlərimizin əziz xatirəsini daim yaşatmaq, dövlətimizininkişafına öz töhfəmizi verməkdir. Kəlbəcər artıq ayrılığın deyil, qayıdışın, ümidsizliyin deyil, Zəfərin ünvanıdır. Əminəm ki, bu qədim diyarımız gələcəkdədaha da abadlaşacaq, öz təbii və iqtisadi imkanları ilə Azərbaycanın inkişafındamühüm rol oynayacaq.
Xəzər rayonu, 26 nömrəli məktəbin əməkdaşı


