AnalitikaGündəmSiyasət

İstisu – Kəlbəcərin təbiətdən gələn möcüzəsi

Kəlbəcər dedikdə insanın xəyalında ilk canlanan mənzərələrdən biri də məşhurİstisu bulaqlarıdır. Azərbaycanın təbii sərvətlər xəzinəsində xüsusi yeri olan İstisuöz mineral tərkibi, müalicəvi xüsusiyyətləri və əsrarəngiz təbiət mənzərələri iləuzun illər ölkəmizin hüdudlarından kənarda da tanınıb. Dağların qoynundansüzülərək yer üzünə çıxan bu isti mineral sular Kəlbəcərin təbiətinə bəxş edilmişəvəzsiz nemətlərdəndir. İstisu yalnız təbii sərvət deyil, həm də bu bölgənin tarixi, iqtisadi və turizm potensialının mühüm simvollarından biridir.

İşğaldan əvvəl İstisu sanatoriyası və onun ətrafında formalaşmış müalicə-sağlamlıqinfrastrukturu bölgənin tanınmış istirahət məkanlarından hesab olunurdu. Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də xarici ölkələrdən insanlar bu təbiişəfa mənbəyinə üz tuturdular. Kəlbəcərin işğalı ilə bu imkanlar uzun müddətəlçatmaz oldu. İllərlə doğma torpaqlarından uzaq düşən insanlar İstisunun suyunu, dağların təmiz havasını və orada keçirdikləri günləri böyük nisgillə xatırladılar. Lakin heç bir ayrılıq bu diyarın yenidən dirçələcəyinə olan inamı sarsıda bilmədi.

2020-ci il noyabrın 25-də Kəlbəcərin azad olunması İstisunun da yenidənAzərbaycanın inkişaf və quruculuq strategiyasının mühüm istiqamətlərindən birinəçevrilməsinə imkan yaratdı. Dövlət başçısının diqqəti və dəstəyi ilə bölgəninzəngin təbii resurslarından səmərəli istifadə, turizm potensialının inkişafı vəmüasir infrastrukturun yaradılması istiqamətində layihələr həyata keçirilir. İstisuərazisində yeni turizm və müalicə-sağlamlıq imkanlarının formalaşdırılmasıKəlbəcərin iqtisadi gələcəyinə mühüm töhfə verir. Bu, həm də təbiətin bəxş etdiyisərvətlərin xalqımızın rifahına xidmət etməsinin parlaq nümunəsidir.

Bu gün İstisu Kəlbəcərin yenidən doğuluşunun, təbii zənginliklərinin və gələcəyəyönəlmiş inkişafının rəmzlərindən biri kimi diqqət çəkir. İnanırıq ki, yaxıngələcəkdə bu diyar dünyanın müxtəlif ölkələrindən gələn turistlərin sevimliməkanına çevriləcək, onun mineral suları və bənzərsiz təbiəti Azərbaycanınbeynəlxalq turizm imkanlarının tanıdılmasına xidmət edəcək. Kəlbəcərin hər birbulağı, hər bir dağı və hər bir təbii sərvəti xalqımız üçün əvəzsiz xəzinədir. 25 Noyabr isə bu xəzinəyə yenidən sahib çıxmağın, onu qorumağın və gələcəknəsillərə ötürməyin qürurverici tarixidir.

Aysel Quliyeva,
YAP
Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button