AnalitikaGündəmSiyasət

Dağların qoynunda yenidən doğulan Kəlbəcər

Azərbaycanın dilbər guşələrindən biri olan Kəlbəcər öz möhtəşəm dağmənzərələri, zəngin meşələri, buz kimi bulaqları və əsrarəngiz təbiəti ilə hər zamaninsanların diqqətini cəlb edib. Burada təbiət sanki özünün ən gözəl rənglərini biraraya gətirib. Uca dağların əzəməti, çayların şırıltısı, yaşıl meşələrin sakitliyi vədağ havasının saflığı Kəlbəcəri ölkəmizin ən seçilən bölgələrindən birinə çevirir. Bu diyarın gözəlliyi yalnız onun təbiətində deyil, həm də torpağına bağlı, zəhmətkeş və qürurlu insanlarının xarakterində yaşayır.

Uzun illər işğal altında qalan Kəlbəcər öz doğma sakinlərinin həsrətini yaşadı. Doğma evlərindən didərgin düşən insanlar xatirələrində dağların qoynunda keçənuşaqlıq illərini, bulaq başında qurulan məclisləri, yaylaqlarda yaşanan gözəlgünləri qoruyub saxladılar. Hər bir kəlbəcərlinin qəlbində bir Kəlbəcər vardı – heçvaxt unudulmayan, hər zaman geri dönüləcəyi gözlənilən doğma yurd. İllər keçsədə, bu torpağa olan sevgi azalmadı, əksinə, nəsildən-nəslə ötürülərək daha damöhkəmləndi.

2020-ci il noyabrın 25-də Kəlbəcərin azad olunması ilə bu həsrət yeni birmərhələyə qədəm qoydu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinqətiyyətli rəhbərliyi və dövlətimizin apardığı məqsədyönlü siyasət nəticəsindətarixi ədalət bərpa olundu. Kəlbəcərin Azərbaycana qaytarılması xalqımızınbirliyinin, səbrinin və mübarizə əzminin təntənəsi idi. Həmin gün ölkəmizin hər birguşəsində böyük sevinc yaşandı. Çünki Kəlbəcərin azadlığı bütün Azərbaycanxalqının qələbəsi, milli ruhumuzun yüksəlişi demək idi.

Bu gün Kəlbəcər yeni inkişaf mərhələsini yaşayır. Müasir yolların salınması, elektrik və digər kommunikasiya xətlərinin qurulması, yaşayış və sosialinfrastrukturun yaradılması bölgənin gələcək inkişafına möhkəm zəminformalaşdırır. Bir zamanlar həsrət və ayrılıqla xatırlanan bu diyar indi quruculuğunvə yenidənqurmanın ünvanına çevrilir. Kəlbəcərin dağlarında yenidən həyatıncanlanması, kəndlərinin dirçəlməsi və sakinlərinin doğma ocaqlarına qayıtmasıümummilli məqsədimizin ən gözəl təzahürüdür.

Nigar Əliyeva,
YAP
Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button