
2026-cı il noyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevinVyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycan ilə Vyetnam arasında dostluqmünasibətlərinin tarixinə, mövcud əməkdaşlığın vəziyyətinə və gələcək perspektivlərinəişıq salan mühüm siyasi məzmunlu çıxış kimi diqqət çəkir. Müsahibədə iki ölkə arasındauzun illər ərzində formalaşmış dostluq əlaqələri, strateji tərəfdaşlığınmöhkəmləndirilməsi, iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi və humanitar sahədəhəyata keçirilən birgə təşəbbüslər ətraflı şəkildə əks olunub.
Azərbaycan-Vyetnam münasibətlərinin tarixi kökləri 1959-cu ilə, VyetnamDemokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya tarixi səfərinə gedib çıxır. Busəfər iki xalq arasında dostluğun və qarşılıqlı etimadın əsasını qoyan mühüm hadisəolub. Sonrakı illərdə Ümummilli Lider Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri vəgöstərdiyi təşəbbüslər əlaqələrin inkişafına yeni təkan verib. Həmin səfər çərçivəsindəəldə olunan razılaşmalar Vyetnamın iqtisadi inkişafına töhfə verməklə yanaşı, uzunmüddətli əməkdaşlığın təməlini möhkəmləndirib.
Prezident İlham Əliyev müsahibəsində bu tarixi ənənələrin müasir dövrdə dəuğurla davam etdirildiyini vurğulayıb. 2014-cü ildə dövlət başçısının Vyetnama ilk dövlətsəfəri, 2015-ci ildə isə Vyetnam Prezidentinin Azərbaycana cavab səfəri ikitərəflimünasibətlərin inkişafında mühüm mərhələlər olub. Xüsusilə 2025-ci ilin may ayındaVyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycanadövlət səfəri münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin edib. Səfər zamanı imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkəarasında əlaqələri keyfiyyətcə yeni səviyyəyə yüksəldən mühüm sənəd kimi tarixədüşüb.
Bu gün Azərbaycan və Vyetnam arasında siyasi dialoq qarşılıqlı hörmət, bərabərhüquqluluq və ortaq maraqlar prinsipləri əsasında inkişaf edir. BMT, QoşulmamaHərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) vədigər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq da dövlətlərarası münasibətlərinmöhkəmlənməsinə xidmət edir. Eyni zamanda, Yeni Azərbaycan Partiyası ilə VyetnamKommunist Partiyası arasında əlaqələrin inkişafı siyasi əməkdaşlığın mühümistiqamətlərindən biridir.
Müsahibədə iqtisadi və ticari münasibətlərin genişləndirilməsi məsələlərinə dəxüsusi diqqət yetirilib. 2025-ci ilin yekunlarına əsasən, iki ölkə arasında ticarətdövriyyəsinin 150 milyon ABŞ dollarını ötməsi əməkdaşlığın müsbət dinamikasınıgöstərir. Bununla belə, mövcud potensial daha böyük imkanların olduğunu deməyəəsas verir. Energetika, sənaye, kənd təsərrüfatı, tikinti, investisiya və nəqliyyat-logistikasahələrində yeni layihələrin həyata keçirilməsi qarşılıqlı iqtisadi əlaqələrin daha dagenişlənməsinə şərait yarada bilər.
Energetika sahəsi Azərbaycan-Vyetnam əməkdaşlığının ənənəvi və mühümistiqamətlərindən biridir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Vyetnam MilliNeft və Qaz Şirkəti arasında əlaqələrin dərinləşdirilməsi, 2025-ci ildə imzalanmışAnlaşma Memorandumu çərçivəsində neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər və mütəxəssis hazırlığı üzrə əməkdaşlığın inkişaf etdirilməsi xüsusiəhəmiyyət daşıyır. Bununla yanaşı, Vyetnamın “ROX Group” şirkətinin Azərbaycandatikinti, infrastruktur və bərpaolunan enerji layihələrinə maraq göstərməsi investisiyaəməkdaşlığının perspektivlərini nümayiş etdirir.
Azərbaycanın əlverişli coğrafi mövqeyi və müasir nəqliyyat infrastrukturu da ikiölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün mühüm imkanlar yaradır. OrtaDəhliz və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə Vyetnamdan Avropayavə əks istiqamətdə yüklərin daşınması ölkəmizin tranzit imkanlarından səmərəli istifadəedilməsinə şərait yarada bilər. 2026-cı ilin yanvar-sentyabr aylarında tranzitdaşımalarının əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 mintondan çox olması bu istiqamətdə əməkdaşlığın inkişaf etdiyini göstərir.
Azərbaycan-Vyetnam münasibətlərində humanitar sahə də xüsusi yer tutur. Prezident İlham Əliyevin müsahibəsində Heydər Əliyev Fondunun bu istiqamətdəkifəaliyyəti yüksək qiymətləndirilib. Fondun Vyetnamda həyata keçirdiyi təhsil vəinfrastruktur layihələri, o cümlədən Ha Giang əyalətində ibtidai məktəbin tikintisinədəstək göstərməsi xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsinəxidmət edir. Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri dəhumanitar əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edib.
Elm və təhsil sahəsində əməkdaşlıq da zəngin tarixi ənənələrə söykənir. Sovetdövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil almasıölkələrimiz arasında formalaşmış möhkəm əlaqələrin göstəricisidir. Bu gün dəuniversitetlər arasında tərəfdaşlıq müqavilələri, təhsil proqramları və akademikmübadilələr davam etdirilir. 2025-ci ildə Azərbaycan Dövlət Neft və SənayeUniversitetində Ho Şi Minin Memorial otağının açılması isə iki xalqın tarixi dostluğunaverilən yüksək dəyərin rəmzidir.
Mədəniyyət sahəsində əlaqələr də xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Azərbaycanda keçirilən Vyetnam Günləri, 2026-cı ildə Bakı və Qəbələdə təşkil olunandördüncü festival, vyetnamlı şair Mai Van Phanın “Gün doğarkən” şeirlər toplusununAzərbaycan dilində nəşri mədəni əməkdaşlığın uğurlu nümunələridir. Həmçinin bəstəkarQara Qarayevin “Vyetnam süitası” əsəri və rejissor Əjdər İbrahimovun Vyetnamkinosunun inkişafına verdiyi töhfələr bu dostluğun mədəni tariximizdə də özünəməxsusyer tutduğunu göstərir.
İki ölkə arasında dostluq münasibətləri yalnız siyasi və iqtisadi əməkdaşlıqlaməhdudlaşmır, çətin günlərdə qarşılıqlı dəstək və həmrəylikdə də özünü göstərir. Azərbaycanın 2024-cü ildə Vyetnamda baş vermiş “Yaqi” fırtınasının, eləcə də 2025-ci ildə genişmiqyaslı daşqınların nəticələrinin aradan qaldırılması üçün maliyyə yardımıgöstərməsi humanist dəyərlərə və dost ölkəyə olan səmimi münasibətə əsaslanır.
Prezident İlham Əliyevin müsahibəsi bir daha göstərir ki, Azərbaycan xaricisiyasətində dostluq, qarşılıqlı hörmət, etibarlı tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıqprinsiplərinə xüsusi önəm verir. Vyetnamla münasibətlərin tarixi təcrübəyə əsaslanaraqyeni istiqamətlər üzrə inkişaf etdirilməsi hər iki ölkənin iqtisadi və siyasi maraqlarınaxidmət edir.
Beləliklə, Azərbaycan ilə Vyetnam arasında formalaşmış dostluq əlaqələri bu günstrateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdədir. Prezident İlham Əliyevin də qeyd etdiyikimi, ölkələrimizin malik olduğu iqtisadi, enerji, nəqliyyat, elm və mədəniyyət potensialıgələcək əməkdaşlıq üçün geniş imkanlar açır. Əminliklə demək olar ki, dövlət başçısınınVyetnam Xəbər Agentliyinə verdiyi müsahibə iki xalq arasında dostluğun daha da möhkəmləndirilməsi, yeni birgə layihələrin reallaşdırılması və Azərbaycan-Vyetnammünasibətlərinin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Nuriyeva İlahə,
YAP fəalı, Uşaq Musiqi Məktəbinin müəllim



