
21 noyabr 1992-ci il – Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirildiyigün
“YAP dünənin, bu günün və gələcəyin partiyasıdır”. Ulu Öndər Heydər Əliyevin bu müdrik kəlamı Yeni Azərbaycan Partiyasının keçdiyitarixi yolu, bu gün ölkənin ictimai-siyasi həyatındakı mövqeyini və gələcəyə yönəlmişinkişaf strategiyasını dolğun şəkildə ifadə edir.
1992-ci il noyabrın 21-də Azərbaycanın mürəkkəb ictimai-siyasi və tarixi şəraitindəYeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Ölkədə hökm sürən siyasi qeyri-sabitlik, idarəçilik böhranı, dövlət müstəqilliyinin təhlükə altında olması cəmiyyətdə güclüsiyasi iradəyə, milli həmrəyliyə və xalqın etimadını qazana biləcək liderə ehtiyacyaratmışdı. Belə bir şəraitdə xalqın ziyalıları, nüfuzlu nümayəndələri və vətənpərvərinsanları Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yeni siyasi təşkilatın yaradılmasıtəşəbbüsü ilə çıxış etdilər
Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv tarixi zərurət idi. Partiyanıntəsis edilməsi ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcını qoydu. Ulu ÖndərHeydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi və xalqın ona olanböyük inamı YAP-ı qısa müddətdə ümumxalq partiyasına çevirdi.
YAP yalnız siyasi təşkilat kimi deyil, milli birlik, dövlətçilik, azərbaycançılıqideologiyası və müstəqil dövlətçilik maraqları ətrafında birləşən böyük ictimai-siyasiqüvvə kimi formalaşdı. Partiyanın fəaliyyətinin əsasını Azərbaycanın müstəqilliyininqorunması, dövlətçiliyin möhkəmləndirilməsi, ölkədə sabitliyin və davamlı inkişafın təminedilməsi təşkil etdi. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs bu gün Prezident, YeniAzərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizinson illərdə qazandığı möhtəşəm nailiyyətlər, iqtisadi inkişaf, beynəlxalq nüfuzunyüksəlməsi və milli maraqların qətiyyətlə müdafiəsi bu siyasi xəttin uğurlu nəticələridir. Prezident İlham Əliyevin YAP-ın VIII qurultayındakı çıxışında vurğuladığı kimi: “UluÖndərin siyasi xətti dəyişməz olaraq qalır”. Bu fikir partiyanın ideoloji və siyasifəaliyyətinin əsas istiqamətini, Heydər Əliyev irsinə sədaqət prinsipini aydın şəkildəifadə edir. Yeni Azərbaycan Partiyasının tarixi missiyasında partiya üzvlərinin üzərinə mühümməsuliyyət düşür. Onları səciyyələndirən əsas göstəricilər Vətənə sədaqət, dövlətçilikmaraqlarına bağlılıq, milli dəyərlərə hörmət və ümummilli məqsədlərə xidmət etməkəzmidir. Partiyadaxili münasibətlərdə peşəkarlıq, işgüzarlıq, şəxsi inkişaf, sağlamrəqabət, etik davranış, innovativ düşüncə, elmlilik və müasirlik kimi prinsiplər xüsusiəhəmiyyət daşıyır. Azərbaycanın müasir tarixində ən möhtəşəm hadisələrdən biri ölkəmizin ərazibütövlüyünün və suverenliyinin tam bərpa olunmasıdır. Prezident İlham Əliyevin YAP-ınVIII qurultayında qeyd etdiyi kimi, qurultay ilk dəfə Azərbaycanın öz ərazi bütövlüyünüvə suverenliyini tam bərpa etməsindən sonra keçirilmişdir. Bu tarixi reallıq dövlətimizingücünü, xalqımızın birliyini və həyata keçirilən siyasi kursun uğurlarını nümayiş etdirir.
Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və Prezident İlham Əliyevin qətiyyətlirəhbərliyi ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Vətənmüharibəsində qazanılan tarixi Zəfər, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasıAzərbaycan dövlətçiliyinin ən böyük nailiyyətlərindəndir. Bu uğurlarda Yeni AzərbaycanPartiyasının fəallarının və üzvlərinin də mühüm töhfəsi vardır.
Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmizin son illər ərzində uğurlu vəşərəfli yolunda partiya fəallarının böyük payı və töhfəsi olmuşdur.
Bu gün Yeni Azərbaycan Partiyası öz tarixi ənənələrinə sadiq qalaraqAzərbaycanın gələcək inkişafı, milli maraqların qorunması, gənc nəslin dövlətçilikruhunda yetişdirilməsi və cəmiyyətin bütün sahələrində tərəqqinin təmin olunmasıistiqamətində fəaliyyətini davam etdirir.
21 noyabr – Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirildiyi günxalqımızın siyasi iradəsinin, milli həmrəyliyinin və müstəqil dövlətçilik əzminintəcəssümü kimi tarixdə xüsusi yer tutur.
Aytən İmanova,
YAP fəalı, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktöru



