AnalitikaGündəmSiyasət

YAP dünənin,bu günün və gələcəyin partiyasıdır

1992-ci il 21 noyabr tarixi Azərbaycan siyasi yaddaşında xüsusi yer tutur. Bu günNaxçıvan şəhərində keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis konfransı ölkəmizinmüstəqillik yolunda qarşılaşdığı ağır sınaqlar dövründə dövlətçiliyin xilası üçün atılmıştarixi addım kimi dəyərləndirilir. Həmin zaman respublika siyasi böhran, idarəetmədə xaos və separatizmmeyillərinin güclənməsi ilə üz-üzə qalmışdı. Xalqın taleyüklü çağırışlara cavab verəcəkliderə ehtiyacı getdikcə daha qabarıq şəkildə hiss olunurdu.

1992-ci ilin yay-payız ayları ölkədə dərin siyasi qarşıdurma və idarəetmə böhranıilə müşayiət olunurdu. Qarabağda vəziyyət ağırlaşır, sosial-iqtisadi sahədə tənəzzüldaha da dərinləşirdi. Mövcud iqtidar milli maraqları təmin etməkdə aciz qalmış, cəmiyyətin müxtəlif təbəqələrində narazılıq yüksəlmişdi.

Belə bir şəraitdə müxtəlif bölgələrdən olan ziyalılar, ictimai-siyasi xadimlər vəvətənpərvər dövlətçilik tərəfdarları bir araya gələrək ölkəni düşdüyü vəziyyətdən çıxarabiləcək yeni siyasi qüvvənin yaradılmasını zəruri hesab etdilər.

Bu məqsədlə 91 nəfər tanınmış ziyalının imzası ilə ümummilli lider Heydər Əliyevəmüraciət ünvanlandı. Təşkilatlanma prosesi qısa zamanda geniş ictimai dəstək topladıvə yeni siyasi hərəkatın əsası qoyuldu.

1992-ci il 21 noyabrda Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsiskonfransı keçirildi. Konfransda ölkənin müxtəlif bölgələrindən nümayəndələr iştirak edir, partiyanın ideoloji xətti, məqsəd və vəzifələri müzakirə olunurdu. Toplantı böyük həvəsləvə ümumi siyasi iradə birliyi şəraitində keçdi.

Konfrans iştirakçıları ölkənin ağır vəziyyətdən çıxarılması üçün xalqın etimadını, siyasi iradəsini və təşkilati bacarığını özündə birləşdirən lider – Heydər Əliyevinpartiyanın sədri seçilməsini tarixi zərurət kimi qiymətləndirdilər.

Beləliklə, Heydər Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının sədri seçildi. Buqərar Azərbaycanın siyasi gələcəyinin formalaşmasında dönüş nöqtəsi oldu.

Yeni Azərbaycan Partiyasının təsis konfransı təkcə yeni bir siyasi təşkilatınyaranması deyil, həm də Azərbaycanda müasir siyasi sistemin formalaşmasının əsasmərhələsi idi. Konfransda qəbul edilmiş qərarlar qısa müddət ərzində ölkədə siyasisabitliyin bərpasına, dövlətçilik ənənələrinin möhkəmlənməsinə xidmət etmiş, millihəmrəyliyin təmin olunmasına mühüm töhfə vermişdir.

Sonrakı dövrdə YAP-ın siyasi fəaliyyəti Azərbaycanın inkişaf strategiyasınınmüəyyənləşdirilməsində, dövlət müstəqilliyinin qorunmasında və yeni iqtisadi-sosialmodelin qurulmasında mühüm rol oynadı.

1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışı və onunrəhbərliyi ilə həyata keçirilən islahatlar həmin konfransın tarixi əhəmiyyətini daha daartırdı.

1992-ci il 21 noyabr – Yeni Azərbaycan Partiyasının təsis konfransı Azərbaycanındövlətçilik tarixində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Bu konfrans ölkəninxaos və böhran girdabından çıxarılmasına, milli həmrəyliyin təmin olunmasına, müstəqilAzərbaycanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşməsinə mühüm təkan verdi.

Şəhla İsmayılova,
YAP fəalı, MKS-nin 2 saylı kitabxana filialının müdiri

Oxşar Xəbərlər

Back to top button