AnalitikaGündəmSiyasət

Azərbaycan-Britaniya münasibətlərinin yeni yol xəritəsi

Azərbaycan  dünya siyasətində  daha fəal rol oynayır, mühüm siyasiplatformalarda təmsil olunur. Prezident İlham Əliyevin rəhbərliyi iləhəyata keçirilən çoxşaxəli və uzaqgörən xarici siyasət ölkəninbeynəlxalq əlaqələrinin genişlənməsində, müxtəlif güc mərkəzləri iləbalanslaşdırılmış münasibətlərin qurulmasında və Azərbaycanınregionda strateji əhəmiyyətinin artmasında mühüm rol oynayır.Noyabrın 12-də Prezident İlham Əliyevin Dublində keçirilən “AvropaSiyasi Birliyi”nin Sammitində iştirakı da bunun növbəti bariz nümunəsioldu. Dublin Sammitinin Azərbaycan üçün ən mühüm nəticələrindən biriBöyük Britaniya ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsindərəsmiləşdirilməsi oldu.

   Prezident İlham Əliyev ilə Böyük Britaniya və Şimali İrlandiyaBirləşmiş Krallığının Baş naziri Endi Börnhem arasında keçirilən görüşvə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ikiölkənin münasibətlərində mühüm siyasi hadisədir. Bu sənədinəhəmiyyətini yalnız diplomatik münasibətlərin inkişafı çərçivəsindəqiymətləndirmək doğru olmaz. Söhbət dünyanın aparıcı siyasi, iqtisadivə hərbi güclərindən biri ilə Azərbaycanın əməkdaşlığının yeni, dahageniş və sistemli mərhələyə keçməsindən gedir. AzərbaycanRespublikası ilə  Böyük Britaniya və Şimali İrlandiya BirləşmişKrallığı arasında ikitərəfli münasibətlərin bəzi məqamlarına nəzər salaq. Birləşmiş Krallıq Azərbaycanın  müstəqilliyini 26 dekabr 1991-ci iltarixində tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 11 mart 1992-ci il tarixində qoyulmuşdur. Birləşmiş Krallığın AzərbaycanRespublikasında səfirliyi 1993-cü ilin sentyabr ayında,  AzərbaycanRespublikasının Birləşmiş Krallıqda səfirliyi 1994-cü ilin yanvar ayındaaçılıb.  2016-cı ildə Azərbaycan Respublikası və Birləşmiş Krallığınxarici işlər nazirlikləri arasında strateji dialoq mexanizmi yaradılıb.  Strateji dialoqun sonuncu iclası 2023-cü ilin iyun ayında Londondakeçirildi.  Azərbaycan Respublikası ilə Böyük Britaniya arasındamüxtəlif sahələrdə, o cümlədən daimi siyasi dialoq, güclü iqtisadigündəm və intensiv mədəniyyət və təhsil mübadilələri də daxil olmaqlayüksək səviyyədə əməkdaşlıq mövcuddur. Münasibətlərimiz stratejitərəfdaşlıq ruhunda genişlənir. Azərbaycan və Birləşmiş Krallıq arasında indiyədək 26 sənəd imzalanıb. İqtisadi əməkdaşlıq ikitərəflimünasibətlərimizin mühüm əsasını təşkil edir. Böyük BritaniyaAzərbaycanda ən böyük xarici investor olaraq qalır. Azərbaycandayüzlərlə Britaniya şirkəti fəaliyyət göstərir.

  Dublin Sammiti çərçivəsində imzalanan Strateji Tərəfdaşlıq haqqındaBirgə Bəyannamə Azərbaycan-Böyük Britaniya münasibətləriningələcək inkişafının aydın ifadəsidir. Belə ki, sənəddə ayrı-ayrı sahələrüzrə gələcək inkişafın prioritetləri müəyyənləşdirilib. Bəyannamətəsdiqləyir ki, tərəflər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, beynəlxalq hüququn prinsiplərinə və normalarına, xüsusən dəbeynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına, eləcə dəsuverenliyə, müstəqilliyə və ərazi bütövlüyünə hörmətlə bağlıprinsiplərə sadiq qalacaqlar. Sənəddə 2025-ci il 8 avqust tarixliVaşinqton Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyəti vurğulanır.  Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasıistiqamətində atılan sonrakı sülh addımları alqışlanır. Böyük Britaniyavə Şimali İrlandiya Birləşmiş Krallığının, ikitərəfli dialoq yolu iləregionda davamlı sülhə nail olmaq məqsədi daşıyan iki ölkənin səylərinədavamlı dəstəyi bir daha təsdiqlənir. Güclü, dayanıqlı və şaxələndirilmişiqtisadi artımın, açıq ticarətin, investisiyaların və innovasiyanın hər ikiiştirakçı üçün uzunmüddətli sabitlik və rifahın vacib təməlləri olduğuqəbul edilir. Hər iki tərəf davamlı tərəfdaşlığın etimad, səmimilik vəgüclü insanlararası əlaqələr üzərində qurulduğunu tanıyır. Uzunmüddətliartım və rəqəmsal transformasiya üçün təməl kimi təhsil, elm, innovasiya və bacarıqlar sahəsində praktik əməkdaşlığın vacibliyitəsdiqlənir.  İştirakçılar, həmçinin icmalararası birbaşa əlaqənin qarşılıqlıfaydasını tanıyır və bu Tərəfdaşlığın məqsədinə yönəlik layihə vəproqramları dəstəkləməyi öhdələrinə götürürlər. Bəyannamədə müdafiəvə təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsinə yönələnaddımlar qeyd edilib. Belə ki, iştirakçılar regional sülh və sabitliyidəstəkləmək üçün müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığıngücləndirilməsi və ümumi təhdidləri yayındırmaq, qarşısını almaq vəonlara cavab vermək qabiliyyətlərini artırmaq üçün uzunmüddətliöhdəlikləri ortaq qəbul edirlər. Yüksək səviyyəli qarşılıqlı fəaliyyətindavamlı impulsuna sadiq qalacaq və qarşılıqlı maraq doğuran ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə koordinasiyanı dərinləşdirəcəklər. İştirakçılar təlim, potensialın artırılması və qarşılıqlı fəaliyyətə yönəlmişmüdafiə əməkdaşlığını inkişaf etdirəcək və qarşılıqlı maraq doğuracaqsahələrdə birgə təşəbbüslər də daxil olmaqla, müdafiə sənayesiəməkdaşlığını gücləndirmək imkanlarını araşdıracaqlar. Sənəddə, həmçinin iqtisadi sahə ilə yanaşı, təhsilin də prioritetliyi önə çəkilir. Birsözlə, Birgə Bəyannamə müdafiə və təhlükəsizlik, ticarət, investisiya, iqtisadi inkişaf, təhsil, innovasiya, süni intellekt, rəqəmsaltransformasiya, bərpaolunan enerji, nəqliyyat və logistika kimiistiqamətləri əhatə edir. Bu sahələrin hər biri Azərbaycan üçün stratejiəhəmiyyətə malikdir.

Mehdi Balabəyov,      
YAP Şabran rayon təşkilatının sədri 

Oxşar Xəbərlər

Back to top button