
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli münasibətlərin institusional əsaslarının möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bəyannamə siyasi dialoqun dərinləşdirilməsi, ticarət-iqtisadi və investisiya əlaqələrinin inkişafı, enerji təhlükəsizliyi, müdafiə və təhlükəsizlik, nəqliyyat-logistika, təhsil, elm və innovasiya sahələrində əməkdaşlığın gücləndirilməsini əhatə edir.
Sənədin əsas prioritetlərindən biri dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik əsasında qarşılıqlı faydalı tərəfdaşlığın inkişaf etdirilməsidir.
Birgə Bəyannamə Azərbaycan-Böyük Britaniya münasibətlərinin strateji xarakterinin möhkəmləndirilməsinə, qarşılıqlı maraqların uzlaşdırılmasına və uzunmüddətli əməkdaşlıq perspektivlərinin genişləndirilməsinə xidmət edir.
İsgəndər Yusifli,
YAP Yasamal rayon təşkilatının fəal gənci



