AnalitikaGündəmSiyasət

Azərbaycan–Şimali İrlandiya: Beynəlxalq əməkdaşlıq və yeni perspektivlər

Azərbaycan ilə Şimali İrlandiya arasında münasibətlərə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ümumi siyasi və iqtisadi çərçivəsi daxilində yanaşmaq lazımdır. Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi bu çərçivədə əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli xarici siyasət ölkəmizin beynəlxalq əlaqələrinin genişləndirilməsinə, müxtəlif tərəfdaşlarla siyasi dialoqun inkişafına və milli maraqlarımızın qorunmasına xidmət edir.

Şimali İrlandiyanın iqtisadi, elmi, təhsil və texnoloji potensialı ilə bağlı təcrübənin öyrənilməsi Azərbaycan üçün müxtəlif əməkdaşlıq perspektivləri yarada bilər. Xüsusilə təhsil, innovasiya, elmi tədqiqatlar, mədəniyyət və gənclər arasında təcrübə mübadiləsi gələcək əlaqələrin inkişafı baxımından diqqətəlayiq istiqamətləridir. Bir gənc kimi düşünürəm ki, beynəlxalq əməkdaşlığın əsas məqsədlərindən biri də gələcək nəsillər arasında bilik və təcrübə mübadiləsinin genişləndirilməsidir. Gənclərin beynəlxalq layihələrdə iştirakı, xarici dilləri öyrənməsi və müxtəlif ölkələrin təcrübəsini mənimsəməsi onların peşəkar inkişafına mühüm töhfə verir.
Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsi ölkəmizin yeni əməkdaşlıq imkanları əldə etməsinə şərait yaradır. Biz gənclər də bu imkanlardan yararlanmalı, öz sahəmiz üzrə biliklərimizi artırmalı və Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə töhfə verməliyik.Gələcəkdə Azərbaycan ilə Şimali İrlandiya arasında mövcud əməkdaşlıq çərçivəsində yeni əlaqələrin və təcrübə mübadiləsi imkanlarının inkişafı üçün əlverişli şərait formalaşacaqdır.

Maqsud Əhmədzadə,
YAP Yasamal rayon təşkilatının fəal gənci

Oxşar Xəbərlər

Back to top button